Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

Yanan binaya yenə üzlük vurulur. Sakinlər narahatdı- [Video, Foto]


►“Yardım göstərildi, ev təmir olundu, ancaq o qorxu, stress indi də bizimlədir.

Deyirlər, binamızı keyfiyyətli materialla üzləyəcəklər. Ancaq şəxsən mən istəmirəm”

Bir il əvvəl Xətai rayonundakı Zığ yolu, 16 ünvanında yanmış binanın yaxınlığındakı binalara yeni üzlüklər vurulur.

İş icraçıları, qonşu binaların sakinləri yeni üzlüklərin çox keyfiyyətli olmasından danışır.

Ancaq yanğın görmüş sakinlər “üzlük” sözündən qorxduqlarını deyirlər. Axı bir il əvvəl evləri elə üzlüyə görə yanmışdı.

Üzlük növbəsi artıq onların binasına çatıb.

Sakinlər danışır:

“Stressi hələ də ata bilmirik”

Mənzilləri təmir olunub, sonradan hər ailəyə 15 min manat təzminat ödənib. Amma üstündən bir il keçsə də, sakinlər deyir ki, yaşadıqları qorxu onlardan indi də əl çəkmir:

“Çox dəhşətli gün idi. Yaşadığımız stress hələ də üstümüzdədir. Kiçik oğlum qorxudan kəkələmə tapıb. Özüm allergiya oldum. Heç bir psixoloji yardım göstərilmədi. Özümüzün də imkanımız olmadı. Düzdür, yardım göstərildi, ev təmir olundu, ancaq o qorxu, stress indi də bizimlədir. Deyirlər, binamızı keyfiyyətli materialla üzləyəcəklər. Ancaq şəxsən mən istəmirəm”. Bunu bina sakinlərindən Rəna Qasımzadə deyir. (Ardı aşağıda)

Həmin vaxt ayağı zədələnmiş Sevil Eyvazova da həkimə gedə bilmədiyindən indi də əziyyət çəkdiyini söyləyir: “Üstündən bir il keçdi, ancaq stressimiz, əziyyətimiz keçmədi”.

___________________________________________________________

Bunlara da bax:
Tibb Universitetinə yeni rektor
“Facebook”da video axtarmaq asanlaşdı

___________________________________________________________

“Bir ildir yollardayam”

Sözügedən binada 111 mənzildən 60-ı tamamilə yanmışdı. Sakinlər deyir ki, yanmayan, ancaq zədələnən mənzil sahiblərinə heç bir kömək göstərilməyib. Belə mənzil sahiblərindən biri Kifayət Musayeva bu gün də icra hakimiyyətinin yollarında qaldığını bildirir:

“İcra başçısının müavini dedi ki, “sizin də eviniz təmir olunacaq”. Ancaq “bu gün, sabah” deyirlər, heç kim heç nə eləmir. Mən burda neçə aydır, zülm çəkmişəm”.

Zülfiyyə Sultanova isə deyir ki, binanın dəhlizinin təmirinə söz verilsə də, elə söz olaraq qaldı: “Məsələn, deyirdilər, “dəhliz təmir olunacaq”, ancaq olmadı”.

Təmirdən razı qalanlar da var. Güllü Sultanova kimi:

“Evi təmir elədilər, əşyaların alınması üçün 15 min manat pul da verdilər, şəxsən mənim narazılığım yoxdur”.

Bəzi mənzillərin və binanın dəhlizinin niyə təmirsiz qalmasını Xətai rayon icra hakimiyyətindən öyrənmək istədik. İcra hakimiyyətindən bununla bağlı aidiyyatı şəxsin danışacağını bildirsələr də, gün ərzində həmin şəxsi tapa bilmədik.

​​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG