Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:16

►“Biz öz gücümüzə yalnız öz mənzillərimizin kommunal xətlərini həll edə bilərik. Lift də ala bilmərik ki…”

“Bu binanın inşasına 2005-ci ildən başlanıb. 11 ilə keçib, hələ də bina yarımçıqdır. Şirkət sahibi müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Əziyyət çəkirik”.

Azadə Quliyeva mənzil şəraitinin yaxşılaşdırılması üçün “Dərəçiçək” MTK-nın Yasamal rayonu, Şərifzadə küçəsi, 13 saylı ünvanda inşa etdiyi yaşayış binasından mənzil alıb. Ancaq peşman olub. Deyir, kaş, elə darısqal mənzilində yaşamaqda davam edəydi, nə səhhəti əldən gedərdi, nə də əsəbləri korlanardı:

“LİFT DƏ ALA BİLMƏRİK AXI”

“Binada azı 20 ailə yaşayır. Bu ailələr də gəlirlər, bir az qalıb, şəraitsizlikdən yenə kirayələrə qayıdırlar. Lift yoxdur. Biz öz gücümüzə yalnız mənzillərimizin kommunal xətlərini həll edə bilərik. Lift də ala bilmərik ki… Yuxarı mərtəbələrdə yaşayanlar körpə uşaqlarını piyada düşürüb qaldırır. Yaşlı adamlar illərlə küçəyə çıxa bilmir”.

Sakinin sözlərinə görə, binanın pilləkənlərdə heç tutacaq da yoxdur. Elektrik, su, qaz xətləri hələ də çəkilməyib. Bəziləri naqil alıb, elektrik xətti çəkdiyindən, binada istənilən an faciə qaçılmazdır. Sakin deyir, binanın üst qatı təmir edilmədiyinə görə yağış yuxarı mərtəbələrdəki mənzillərə yağır, oradansa aşağı mənzillərə axır.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Payçılar dövlət qurumlarına da müraciət ediblər, ancaq nəticəsi olmayıb:

“Deyirlər, gedin, problemi pul ödədiyiniz şirkətlə həll edin”.

“HAMISI DÜZƏLƏCƏK”

“Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyev maliyyə çətinlikləri üzündən bu problemləri həll edə bilmədiyini deyir:

“Şirkətlərlə danışıqlar aparılır. Tezliklə lift problemi həll olunacaq. Başqa problemlər də diqqətimizdədir. Bir az səbr etsələr, hamısı düzələcək”.

Ötən ilin fevralında 68 yaşlı İsrafil İsrafilov binanın 14-cü mərtəbəsindən özünü atmaq istəyib. Yasamal rayon polis idarəsinin 28-ci polis şöbəsində verdiyi izahatında göstərib ki, 2004-cü ildə ev-eşiyini satıb son qəpiyinəcən bu binadan aldığı mənzilə ödəyib. Ancaq 10 il ötsə də, nə mənzilə köçə, nə də pulunu geri ala bilib.

Buna da bax...

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG