Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:56

►"Əvvəl dərs buraxmağa başlayıb. Sonra da sorağı Suriyadan gəlib"

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə 129 adamın öldüyü terror aktını törədənlərdən biri, 20 yaşlı Bilal Hadfinin müəllimi Sara Staccino Belçika radiosuna danışıb.

Sara Staccino deyib ki, Hadfi bir ilin içində tamamilə dəyişibmiş.

Müəlliminin sözlərinə görə, Bilal Brüsselin mərkəzində yerləşən liseylərin birinin çox yaxşı şagirdlərindən olub.

“Hamıya can yandıran, ünsiyyətcil, gözəl bir şagird idi. Ancaq bir ilin içindən birdən-birə dəyişdi”.

Müəllimi deyib ki, Bilal Hadfi qısa vaxtda siyasətə daha çox maraq göstərməyə başlayıb:

“"Haramdır" deyib musiqiyə qulaq asmağı buraxmışdı. Sinifdə Nigeriyada terror həyata keçirən və İŞİD-ə sığınan Boko Haram qruplaşmasını tərifləyirdi”.

Buna da bax: Erməni əsgəri qarşı tərəfə verildi

Dininin təhqir olunduğunu deyirdi

Sara Staccino deyib ki, Bilal Hadfi yanvar ayında Parisdə çıxan satirik "Charlie Hebdo" jurnalına edilən hücumdan sonra deyirmiş ki, onun dinini təhqir etdiyi üçün jurnal bu hücumlara layiqdi. Məktəb isə şagirdin bu hərəkətindən sonra heç bir müdaxilə etməyib.

Bilal Hadfi "Charlie Hebdo"ya edilən hücumdan sonra bir həftə məktəbə də gəlməyibmiş. Daha sonra onun Suriyaya getdiyi məlum olub.

“Heç nə eləyə bilmədim”

Belçikalı müəllim deyib ki, indi o özünü özünü günahkar sayır. Çünki şagirdi üçün heç nə edə bilməyib.

Staccino deyib ki, Bilala qarşı çox diqqətli olublar. Ancaq o, sürətlə radikallaşıb. Dərsə gəlməməklə başlayan hərəkətlər daha sonra Suriyaya getməklə nəticələnib.

Bilal Hadfinin "Stade de France"ın qarşısında üzərindəki patlayıcıları işə salan intiharçi olduğu deyilir.

HƏMÇİNİN BAX:

İŞİD-çi qadınlar AzadlıqRadiosuna danışır

Günün bütün mövzuları

XS
SM
MD
LG