Məhkəmə sədri: "Qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb"
“Quba rayon Məhkəməsi 2009-cu ildə çıxardığı qərara əsasən Nuray Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul edib”.
Bunu APA-ya açıqlamasında Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahov Quba rayon məhkəməsinin N.Bayramzadənin xalasından alınaraq atasına verilməsi haqda qərarına münasibətində bildirib.
Məhkəmə sədrinin sözlərinə görə, bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin 2009-cu il qərarını qüvvədə saxlayıb.
Hakin deyib ki, qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib:
“Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb", - deyə hakim bildirib.
Yanvarın 6-dan sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsiylə bağlı görüntülər yayılıb. Həmin görüntülərdə atasının və məhkəmə icraçılarının uşağa zorakılıq göstərdiyi əks olunub.
Deputat Vahid Əhmədov məhkəmə icraçılarının hərəkətlərinə görə cəzalandırılmasının vacibliyi barədə açıqlama verib.
Buna da bax: Rauf Həbibov vəzifədən azad edilib [Video-foto]
İcra hakimiyəti yaşayış şəraitinə görə qəyyumluq hüququnu xalaya veribmiş
E.Əliyev: Qarşı tərəf qəyyumluq üçün məhkəməyə müraciət edə bilər
“2010-cu ildən Nuray Bayramzadənin mənafeyi, yaşayış şəraiti nəzərə alınaraq icra başçısının sərəncamı ilə xalası Mehriban Eldarovaya qəyyumluq hüququ verilib”.
APA bu xəbəri Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elşad Əliyevə istinadən yayıb.
E.Əliyev deyir ki, daha sonra uşağın atasının məhkəməyə müraciəti əsasında qəyyumluq ləğv olunub:
“Hazırda qanunvericiliyə əsasən 10 yaşlı uşağa yenidən qəyyumluqla bağlı müraciəti zamanı uşağın mövqeyi də nəzərə alınır. Bunun üçün qarşı tərəf yenidən məhkəməyə müraciət etməlidir. Mübahisəli məsələ olduğu üçün İcra Hakimiyyəti yox, məhkəmə bu barədə qərar verməlidir”.
2009-cu ildə Quba Rayon Məhkəməsi NurayBayramzadənin xalası Mehriban Eldarovadan alınaraq atası Əvəz Bayramzadəyə verilməsi haqda qərar qəbul edib. Qarşı tərəf Apelyasiya və Ali Məhkəməyə şikayət etsə də birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bu ilin dekbarında qərarın icrası zamanı rayon məhkəmə icraçıları atası ilə getmək istəməyən 10 yaşlı N.Bayramazadəyə və xalası M.Eldarovaya zor tətbiq ediblər. Bu zorakılıqla bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.