Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:23

Azərbaycan Beynəlxalq Bankı dünyanın ünlü futbol klublarından «Yuventus»la əməkdaşlığa başlayır.

Bankdan AZƏRTAC-a bildiriblər ki, İtaliya çempionu ilə saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək.

«İnter Arena»nın bazasında «Yuventus» Futbol Akademiyası yaradılacaq.
Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və «İnter» futbol klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.

Eyni zamanda, əməkdaşlıq çərçivəsində bank reklam və təbliğat məqsədilə «Yuventus» brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək.

Ancaq əməkdaşlığın maliyyə tərəfləri açıqlanmayıb.

Azərbaycan Beynəlxalq Bankı Bakının «İnter» klubuna sponsorluq edir. Bank ətrafında kredit qalmaqalı yaşandığından və keçmiş rəhbər Cahangir Hacıyev həbs edildiyindən, «İnter» klubuna bir müddət maliyyə dəstəyi dayandırılmışdı. Nəticədə klub futbolçuların maaşlarını ödəyə bilmədiyindən, bir il Avro kuboklarda oynamaqdan kənarlaşdırıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG