Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:41

►Satış və idarəetmə haqqında qərar hüququ Müsabiqə Komissiyasına verilib

Nazirlər Kabineti Azərbaycan Beynəlxalq Bankının (BB) «axırına çıxmış» problemli kreditlər üzrə girov qoyulmuş əmlaklara dair qərar qəbul edib.

Qərara əsasən, “Aqrarkredit” QSC-nin BB-dən aldığı problemli aktivlərin əvəzində əldə edilmiş və rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak ya satılacaq, ya da kənar idarəçilərə idarəetməyə veriləcək.

Müsabiqə Komissiyası yaradılıb

Satış və idarəetmə haqqında qərarların qəbul edilməsi hüququ Müsabiqə Komissiyasına verilib.

Bu komissiyanı hökumət qurub və ona maliyyə nazirinin müavini Azər Bayramov sədrlik edir. O, BB-nin Müşahidə Şurasının da başçısıdır. Komissiyaya iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinin, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsinin və “Aqrarkredit” QSC-nin nümayəndələri daxildir.

Müsabiqə Komissiyası əmlakın satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərarı “Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında qəbul edəcək.

Satılmasına qərar verilmiş hər bir əmlak yalnız nüfuzlu müstəqil qiymətləndiricinin rəyindən sonra hərraca çıxarılacaq.

Qiymətləndiricilər və hərracı təşkil edəcək qurumlar seçim əsasında müəyyənləşdiriləcək.

Hərraclar barədə heç nə deyilmir

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev

Əmlakın kənar idarəçilərə idarəetməyə verilməsinə gəlincə, bunun üsullarına - birbaşa müqavilə və ya müsabiqə əsasında olub-olmamasına və şərtlərinə dair qərarı komissiya çıxaracaq.

Komissiyaya əmlakı satmaq, yaxud idarəetməyə vermək barədə qərara gələrkən, kənar məsləhətçi də cəlb edə bilər. Qurum öz işi haqqında ildə bir dəfə Nazirlər Kabinetinə hesabat təqdim edəcək.

Qərarda deyilir ki, Müsabiqə Komissiyası əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədi ilə yaradılıb. Sənəddə hərracların keçirilməsinə dair məlumatların icrtimaiyyətə açıqlanması barədə heç nə deyilmir.

5,6 milyardlıq aktiv...

Xatırlatmaq yerinə düşər ki, prezident İlham Əliyev ötən il iyulun 15-də «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalayıb.

Həmin sənədə görə, bankın problemli aktivləri «Aqrarkredit» QSC Bank olmayan Kredit Təşkilatına idarəetməyə verildi. Söhbət 5,6 milyard manat dəyərində qiymətləndirilən aktivlərdən gedir.

Ötən bir ildə «Aqrarkredit» QSC idarəetməsində olan əmlakdan əldə edilən gəlir barədə ictimaiyyətə heç bir açıqlama verməyib.

Buna da bax: Messi millidən gedir

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə

Günün bütün mövzuları

XS
SM
MD
LG