Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:08

Cahangir Hacıyevin vəkilindən şikayət olunacaq


Cahangir Hacıyev
Cahangir Hacıyev

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcovdan Vəkillər Kollegiyasına şikayət olunacaq.

Bu barədə sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Beynəlxalq Bank işi»nə baxan hakim Əfqan Hacıyev qərar çıxarıb.

550 MİNLİK KREDİTDƏN XƏBƏRİ OLMAYIB

Cahangir Hacıyevlə yanaşı, bu iş üzrə digər təqsirləndirilən, Beynəlxalq Bankın strukturlarının mühafizəsini həyata keçirmiş «Inter Security» şirkətinin rəhbəri olmuş İbrahim Hüseynovun vəkili Azər Tağıyevdən də Vəkillər Kollegiyasına şikayət olunacaq. Buna səbəb isə adları çəkilən vəkillərin fasilədən sonra məhkəmə iclasına qatılmamalarıdır.

Fasilədən əvvəl isə bir sıra şahidlərin istintaqa ifadələri elan olunub. Həmin şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, yenə də müəyyən səbəblərdən prosesdə iştiraklarını təmin etmək mümkün olmayıb.

Buna da bax-Cahangir Hacıyev Maliyyə Nazirliyinə cavab verdi

Hərçənd, Cahangir Hacıyevin, İbrahim Hüseynovun vəkilləri həmin şahidlərin özlərinin məhkəmədə dindirilməsini istəyiblər. Lakin məhkəmə onların istintaqa ifadələrinin elan olunmasıyla kifayətlənmək barədə qərar verib.

Şahid Vüqar Sadıqov istintaqa ifadəsində bildirib ki, adına 550 min kredit götürülüb, amma özünün bundan xəbəri olmayıb.

«ADIMA 300 MİN KREDİT GÖTÜRÜLÜB»

Digər şahid Tərlan İsmayılov ifadəsində deyir ki, təqsirləndirilən Məmməd Cahangirovu tanıyıb: «Mənim adıma 300 min kredit götürülüb. Sonradan bildim ki, bu kredit Cahangir Hacıyevin sifarişi ilə götürülüb».

Maliyyə Nazirliyinin əməkdaşı Ayaz Vəliyev ifadəsində qeyd edib ki, Beynəlxalq Bankda fiziki şəxslərin adına verilən kreditlər, eləcə də Cahangir Hacıyevin və yaxınlarının adına kredit kartları vasitəsilə ayrılan pulların verilməsi, xərclənməsi, ödənilməsi ilə bağlı yoxlama aparıb. Yoxlama zamanı məlum olub ki, kreditlər ayrılarkən qanunvericiliyin tələblərinə, qaydalara əməl olunmayıb. Nəticədə banka külli miqdarda ziyan vurulub.

Buna da bax-'8 milyard dollar iki kanalla ölkədən çıxarılıb'

İfadələr elan olunandan sonra təqsirləndirilən İbrahim Hüseynov bildirib ki, istintaqda ifadə verən bir neçə şəxs özünü onun rəhbərlik etdiyi «Inter Security» şirkətinin əməkdaşı kimi təqdim etsə də, həmin şəxsləri o tanımır.

«EKSPERT HÜQUQİ RƏY VERƏ BİLMƏZ»

Cahangir Hacıyevin vəkili Aqil Layıcov da Maliyyə Nazirliyinin əməkdaşının məhkəməyə çağrılmasını istəyib: «Əvvəla, ekspert hüquqi rəy verə bilməz. İkincisi, onun verdiyi rəyin özü də doğru deyil».

Hakim bildirib ki, artıq şahidlər gələ bilmədiyindən məhkəmə onların ifadələrinin elan olunması barədə qərar qəbul edib.

«Beynəlxalq Bank işi» üzrə məhkəmə prosesində bundan sonra sənədlərin tədqiqi mərhələsi başlayıb.

Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG