Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev və daha yeddi nəfərin işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısına çıxarılanlar arasında müxtəlif vaxtlarda Beynəlxalq Bankın Mərkəz filialının direktoru olmuş Anar Sultanov, Yusif Ələkbərov, həmin filialın müdiri olmuş İlqar Abdullayev, bankın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov, AFB Bankın Müşahidə Şurasının sədri Məmməd Cahangirov, "İnter Security"nin keçmiş rəhbəri İbrahim Hüseynov və Fındıq Emalı Müəssisəsinin direktoru Azad Cavadov da var.

Təqsirləndirilən şəxslərin dördü həbsdədir, digərləri barəsində polis nəzarətinə vermə və digər qətimkan tədbirləri seçilib.

Buna da bax: Hər bir şey geri getdiyi halda - «Paşa Development» çiçəklənir

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, İbrahim Hüseynovun müdafiəçisi məhkəmədə iştirak etmir. Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, həmin vəkillə əlaqə saxlanılsa da, o, rayonda olduğuna görə prosesə qatıla bilməyəcəyini deyib. Bunu nəzərə alaraq, məhkəmə dövlət hesabına vəkil dəvət edib.

Amma İbrahim Hüseynov öz vəkili olduğunu, onun növbəti iclasa qatılacağını bildirərək, dövlət hesabına təyin olunmuş müdafiəçidən imtina edib.

Bu vəziyyətdə məhkəmənin davam etdirilib-etdirilməməsi məsələsilə bağlı vəkillər arasında fikir ayrılığı yaranıb. Bir qisim bu halda prosesin davam etdirilməsini təqsirləndirilən şəxsin hüquqlarının pozulması hesab edib. Digərləri davam etdirilməsini təklif edib.

Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz

Müzakirələrin sonunda hazırlıq iclasının avqustun 17-nə qədər təxirə salınması barədə qərar çıxarılıb.

C.Hacıyev və digər 7 nəfərə qarşı irəli sürülmüş ittihamlar arasında Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG