Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:43

-

“Beynəlxalq Bank” işi üzrə həbsdə olanların bəzilərinin azadlığa buraxıldığı bildirilir.

Report-un xəbərinə görə, Beynəlxalq Bankın Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev azadlığa çıxıblar.

Onlar barəsində qərarı Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi bildirilir. Məhkəmə qərarına əsasən, həmin şəxslər barəsində həbs qətimkan tədbiri ləğv edilib. Qərarla onlar polisin nəzarəti altına veriliblər.

Azadlığa buraxılanlardan A.Hüseynov 2015-ci ilin may ayında saxlanmışdı. Onu 318 milyon manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edirdilər. Buna görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılmişdi.

“Riyad-Farm”ın icraçı direktoru A.Quliyevlə Mingəçevir “İzolit”in rəhbəri M.Mehdiyev də CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdular.

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev də hazırda həbsdədir. Ötən il dekabrın 5-də həbs edilən bankir mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Bankirin vəkillərindən Əfqan Məmmədov bu ayın əvvəlində C.Hacıyevin konkret 42 milyon manat mənimsəməkdə ittiham olunduğunu açıqlamışdı. Vəkil həmçinin demişdi ki, C.Hacıyev mənimsədiyi iddia olunan vəsaitə əvəz bankdakı 80 milyon manatlıq səhmlərindən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG