Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:28

-

Pensilvaniya Universitetinin alimləri beyində həll edilə bilən implant hazırlayıblar.

«The Daily Mail» qəzetinin yazdığına görə, saxsıdan hazırlanan elektron qurğu müəyyən vaxtdan sonra beyində əriyib-qarışdığından implant toxumalara heç bir zərər vurmur.

Bu qurğu orqanizmin vacib göstəricilərini ölçməyə imkan verir və siçovullar üzərində sınaqdan keçirilib. Alimlər bu yolla anesteziya altında olan heyvanların beyin dalğalarını, neyronlar arasındakı elektron rəqsi qeydə ala biliblər.

Texnologiyanın müəlliflərindən biri, nevrologiya professor Brian Litt bildirir ki, bu implantlar orqanizmin müasir müşahidə sistemidir. Onların qiyməti ucuz, riski aşağıdır.

Qurğu epilepsiya və Parkinson xəstəliyinin, depressiya və periferik sinir sistemi nasazlığının, xroniki ağrıların diaqnostika və müalicəsinə kömək edir.

XS
SM
MD
LG