Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06


Xırda xuliqanlıqda günahlandırılan siyasi fəal Bəxtiyar Hacıyevin işi üzrə (Mübahisə barədə ətraflı burada oxuyun) məhkəmə prosesi avqustun 16-da da yekunlaşmayıb. Proses avqustun 17-də də davam edəcək.

Bu haqda siyasi fəalın vəkili Cavad Cavadov Turan İnformasiya Agentliyinə xəbər verib.

Vəkil qeyd edib ki, prosesdə olayın əks olunduğu güman edilən kamera görüntülərinə baxış keçirilib. Amma görüntülərdən heç nə anlaşılmayıb.

Vəkilin bildirdiyinə görə, prosesdə B.Hacıyevdən şikayətçi olmuş yol polisi əməkdaşının şahidləri də dindirilib. Şahidlərin biri deyib ki, “vətəndaş polisə müqavimət göstərirdi. Mən özüm bununla bağlı sahə müvəkkilinə şikayət etdim”.

BUNA DA BAXIN: REAL-çı gənclərə 7 sutka verildi [Video] (Yenilənib)

Digər şahid isə vəkilin söyləməsinə görə, ifadəsində sahə müvəkkilinin hadisə yerində olduğunu deyib.

Cavad Cavadov qeyd edib ki, ifadələrdə ziddiyyət yaranıb. Məhkəmə heyəti ərazinin polis sahə müvəkkilini prosesə dəvət etmək qərarına gəlib.

Siyasi fəal Bəxtiyar Hacıyev avqustun 15-də Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparılmışdı. Siyasi fəalın saxlanması Dövlət Yol Polisi əməkdaşları ilə mübahisə zəminində baş vermişdi.

B.Hacıyev bölmədə olarkən Azadlıq Radiosuna baş verənləri anlatmışdı. Onun deməsinə görə, avqustun 14-də yol polisi heç bir qanuni əsas olmadan onun barəsində protokol tərtib edib. Avqustun 15-də siyasi fəalla həmin polis əməkdaşları arasında mübahisə yaranıb. Polis əməkdaşlarından şikayətçi olmaq istəyən B.Hacıyev qeyd edib ki, onun özünü post-patrul xidmətinin əməkdaşları zorla bölməyə aparıblar.

BUNA DA BAXIN: Şıx və Antalya çimərliyinin fərqi (Fotolar)

Bölmədə B. Hacıyevin deməsinə görə, bəlli olub ki, yol polisi əməkdaşları artıq ondan şikayətçi olub. Polis əməkdaşı B.Hacıyevin qanuni tələblərinə əməl etməməsindən, onunla qaba rəftar etməsindən şikayət etmişdi. Bəxtiyar Hacıyev isə əksinə polis zorakılığı ilə üzləşdiyini bildirir.

Şikayətelə avqustun 15-də Yasamal rayon Məhkəməsinə göndərilmişdi.

Bəxtiyar Hacıyevlə bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə irəli sürülən iddiaya baxış beş saatadək davam etmişdi. Bu ittihamla o, 50 manatdan 100 manatadək məbləğdə cərimə, ya da 15 günədək müddətə inzibati həbs oluna bilər.

Məhkəmə siyasi fəalın vəkillərinin olayın əks olunduğu videokamera görüntülərinə baxışla bağlı vəsatətini təmin edərək, prosesi avqustun 16-na ertələmişdi.

İctimai Siyasət İnstitunun rəhbəri, Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında da saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG