Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Bloqqer, gənc fəal Bəxtiyar Hacıyev sentyabrın 18-dən 19-na keçən gecə Polşaya getmək istəyərkən aeroportda saxlanılıb və geri qaytarılıb.

Bu haqa AzadlıqRadiosuna elə B.Hacıyevin özü məlumat verib.

«Ölkədən çıxışıma qadağa olduğunu dedilər. Hər hansı izah verilmir. Bunun hansı orqan və kim tərəfindən edildiyi bildirilmir. Hava limanında olanda danışıqlardan, jestlərdən belə başa düşdüm ki, konkret hansısa orqanın mənə qarşı qoyduğu qadağadır. Başqa mənbələrdən aldığım informasiyalara görə, bu orqan Daxili İşlər Nazirliyidir»,-deyə o qeyd edib.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək, hələlik, mümkün olmayıb.

Buna da bax-Bəxtiyar Hacıyev 100 manat cərimə edildi

B.Hacıyev ATƏT-in toplantısında iştirak etməkdən ötrü Varşavaya getmək istədiyini deyib.

Sentyabrın 19-da Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun insan hüquqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin nəzərdən keçirilməsi üzrə toplantısı olmalıdır. .

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanmışdı. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG