Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:32

‘5 min nəfəri aldadanlar’ın məhkəməsi başlanıb


Azərbaycan işsizləri [karikatura]
Azərbaycan işsizləri [karikatura]

Bakıda və regionlarda yaşayan 5 minə yaxın adamı işlə təmin etmək adı ilə aldadıb, pullarını ələ keçirməkdə təqsirləndirilən 38 nəfərin mühakiməsi başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Avqustun 30-da məhkəmənin hazırlıq iclası keçirilib.

22 NƏFƏR HƏBSDƏDİR

Məhkəmə qarşısına çıxarılanlar "Azər Mühafizə" MMC, "General" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin rəhbəri Vüqar Hüseynov və bu şirkətlərin digər vəzifəli şəxsləridir. Təqsirləndirilən şəxslərdən 22-si həbsdədir, qalanlarının barəsində isə məhkəmənin nəticəsi bəlli olana qədər həbslə bağlı olmayan qətimkan tədbirləri (ev dustaqlığı, polis nəzarətinə vermə, başqa yerə getməmək barədə iltizam) seçilib.

Buna da bax: "Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib"

Həbsdəki təqsirləndirilənlər arasında bir nəfər qadın da var - Nəzakət Aşurbəyova. Cinayət işinin materiallarında o, adıçəkilən şirkətlərin baş mühasibi kimi təqdim olunub.

Zərərçəkənlər məhkəmə qarşısında, 30.08.2016
Zərərçəkənlər məhkəmə qarşısında, 30.08.2016

Hazırlıq iclasında N. Aşurbəyova baş mühasib kimi təqdim olunmasına etiraz edib. Bildirib ki, həmin şirkətlərdə kassir kimi fəaliyyət göstərib.

ZƏRƏRÇƏKMİŞLƏRİN YALNIZ BİR QİSMİ PROSESİ İZLƏYİB

Təqsirləndirilən şəxslərdən 22-si həbsdədir

Bu iş üzrə 4 min 968 nəfər zərərçəkmiş qismində tanınıb. Avqustun 30-da keçirilən məhkəmənin hazırlıq iclasına zərərçəkmişlərin çox az hissəsi gəlmişdi. Baxmayaraq ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin ən böyük zalında keçirilirdi, yer çatışmazlığı səbəbindən gələn zərərçəkmişlərin yalnız bir qismi prosesi izləyə bilib.

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra həbsdə olan təqsirləndirilən şəxslərdən Nəzakət Aşurbəyova, Şahin Quliyev, Aydın Həsənov, Mirabutalıb Cəfərov və İlham Babayevin vəkilləri onların barəsində həbs-qətimkan tədbirinin dəyişdirilib, ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlər qaldırıblar. Lakin vəsatətlər baxılmamış saxlanılıb.

Buna da bax: Fəhlələrə deyirlər, pul yoxdu, «oyunlara xərclənib»

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin olunub.

Həbsdəki təqsirləndirilənlər arasında bir nəfər qadın da var.

Cinayət işinin materiallarına görə, adları çəkilən şirkətlər adamlara müəyyən məbləğdə depozit qoymaq şərti ilə işlə təmin olunmağı təklif ediblər. Adamlar da kredit, borc və digər yollarla pul tapıb depozit qoyublar. Qoyulan depozitin məbləği şirkətin vəd etdiyi vəzifəyə uyğun olaraq dəyişib. Depozit kimi adamlardan alınan pulların bir qismini əməkhaqqı kimi ilk 2-3 ayda onlara ödəyib, bu yolla daha çox adamı inandırıblar.

Buna da bax: Hər şey yaxşı olmayacaq

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsinin bir neçə bəndi üzrə ittiham irəli sürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG