Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:03

-

Avqustun 2-də Bərdə rayonunun Piyadalar kəndinin 100-dən artıq sakininin etiraz aksiyası keçirdiyi bildirilir.

*Youtube Kanalımıza abunə yazıl - az sonra videoları ordan izlə

Sakinlərlərin 4 ay əvvəl baş vermiş qətl hadisəsinin araşdırılmamasına etiraz etdikləri söylənir.

Verilən xəbərlərə görə, aksiya iştirakçıları deyiblər ki, kənd sakini Salman Tahir oğlu Bayramov 4 ay əvvəl qətlə yetirilib. Sonra onu avtomobilində yandırıblar.

Sakinlərin deməsinə görə, hadisədən xeyli vaxt ötməsinə baxmayaraq, qatillərin tapılması istiqamətində gərəkli addımlar atılmayıb.

Kənd sakinlərinin buna etiraz əlaməti olaraq, rayon prokurorluğunun qarşısına toplaşdığı qeyd edilir.

Onların, hüquq mühafizə orqanlarını qatili və ya qatilləri himayə etməkdə ittiham etdikləri bildirilir.

Azadlıq.info-nun xəbərinə görə, olay yerinə gələn polislər etirazçılara güc tətbiq edib.

Qətlə yetirilmiş Salman Bayramovun da valideynlərinə zorakılq edildiyi deyilir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan, hələlik, bu deyilənlər ilə bağlı hər hansı şərh almaq mümkün olmayıb.

Buna da bax: "Allahın yağışının" ümidinə qalan kənd

Günün bütün mövzuları

XS
SM
MD
LG