Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

Bərdənin Çələbilər kəndinin sakinləri yol dərdlərini danışmaq üçün AzadlıqRadiosunun "Qaynar xətt"inə üz tutublar.



Bərdənin Çələbilər kəndinin sakinləri AzadlıqRadiosunun "Qaynar xətt"inə kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətləniblər. Onların deməsinə görə, kənddə yaşayan 2 minə yaxın ailə illərdir kənd yollarında əziyyət çəkir.

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

Kənd sakini Vüqar Quliyev deyir, kəndə son dəfə sovet dövründə asfalt çəkilib:

“Neçə ildir ki, kəndimizin yolları bərbad gündədir. Maşın sürmək bir yana, adicə piyada getmək belə imkansızdır. Bilmirik problem niyə həll olunmur. Son bir neçə ildə yolumuzu buldozerlə guya təmir ediblər. Ancaq olan-qalan yolu daha da pis günə qoyublar.

Yay günlərində tozlu havada kəndin yollarında getmək müşkül işdir. Bu hal kənddə antisanitar vəziyyətin yaranmasına səbəb olur. Yağışlar yağanda isə bir başqa əziyyətlər ortaya çıxır. Dəfələrlə kənd icra nümayəndəsinə şikayət etsək də, bir nəticəsi olmur".

ƏN ÇOX ZƏRƏR MAŞINLARA DƏYİR

Kənd sakini Baba Babayevin sözlərinə görə, bu yollardan ikicə dəfə ötüb keçdinsə, maşın təmir sexinə gedir:

"Yollar çala-çuxurdur, yağış yağanda həmin çuxurlar su ilə dolur və çuxur görünməz olur. Maşın düşür dərin çuxura".

Bir neçə yaşayış məntəqəsini birləşdirən yollarda əziyyətin çoxu məktəblilərə düşür. Bu üzdən də kənd sakini Yusif Cəfərov övladlarını məktəbə buraxmır:

"Uşaq səhər evdən çıxır, 2 saatdan sonra üst-başı palçıqlı geri dönür. Anası hər gün paltarını yuyur. İstilik olmadığından pal-paltarları da günlərlə qurutmaq mümkün olmur”.

Buna da bax: Çörəyi daşdan çıxanlar (Fotoqalereya)

DÖVLƏT PROQRAMINDA VARMIŞ

Bərdə rayon icra hakimiyyətindən bildiriblər ki, rayonda yolların təmiri ilə bağlı layihələr həyata keçirilir. Bu işlər növbəli qaydada görülür. Yaxın gələcəkdə qeyd olunan yollar da düzəldiləcək, o yol da dövlət proqramına daxildir. Yaxın vaxtlarda həmin istiqamətdə mərkəzlə kəndi birləşdirən yolların da təmirinə, asfalt çəkilişinə başlanacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG