Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 14:34

Azərbaycan 4 min ton benzin alır


SOCAR-ın yanacaqdoldurma məntəqələrindən biri.

SOCAR-ın yanacaqdoldurma məntəqələrindən biri.

Yaxın 3-4 gündə Azərbaycan 4 min ton Aİ-92 benzini idxal edəcək.

Bu haqda Turan SOCAR-a istinadən məlumat verir. Amma benzinin hansı ölkədən alınacağı barədə məlumat verilmir. Azərbaycan son illər bəzi benzi markalarını Qazaxıstandan alırdı.

Məlumata görə, Aİ-92 markalı benzinin idxalına zərurət H. Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan təmir işləri ilə əlaqədar yaranıb.

“Təmirə qədər zavodda istehsal edilən Aİ-92 daxili bazarı təmin edir və ehtiyat da yaranırdı”, - deyə şirkətin məlumatında qeyd edilir.

SOCAR-dan bildiriblər ki, avqustun 16-a olan məlumata əsasən, ölkə üzrə orta günlük istehlak 3900 ton təşkil edib və bu həcm yaranmış ehtiyat hesabına ödənilib.

“Hazırda 8-10 günlük ehtiyat da mövcuddur. Bu müddətdən sonra NEZ-də yığılan ehtiyat bazarın tələbatını ödəyə bilməyəcək. Bunu nəzərə alaraq, SOCAR Nazirlər Kabinetinə daxili tələbatı təmin etmək üçün idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsi haqqında müraciət edib”, - SOCAR-ın məlumatında bildirilir.

Nazirlər Kabinetinin qərarına əsasən, avqustun 16-dan aviasiya benzini istisna, 1 ton benzinin aksiz vergisi 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabineti həmçinin 92 oktanlı benzinin gömrük tarifini 15 faizdən 0 faizə endirib.

Hər iki qərar 60 gün qüvvədə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG