Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:46

ABŞ deyir ki, İrana qarşı yeni sanksiyalar hələ müzakirə olunmalıdır


Ben Rhodes

Ben Rhodes

Ağ ev bildirib ki, İrana qarşı hər hansı yeni sanksiyalar tətbiq edilməzdən əvvəl hələ xeyli diplomatik və texniki iş görmək lazımdır.

ABŞ hökumət bu günlərdə İranın yeni ballistik raketin sınağını keçirməsinə cavab olaraq Tehrana qarşı mümkün sanksiyaları nəzərdən keçirir.

Artıq bu barədə konqresə məlumat da verilib.

Bir sıra deputatlar hökuməti ləng hərəkət eləməkdə günahlandırırlar.

Ağ evin milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes bildirib ki, İranla aparıcı dünya ölkələri arasında əldə edilən nüvə sazişi yeni sanksiyaları əngəlləyə bilməz.

Qeyd edək ki, Tehranla nüvə sazişində İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı tətbiq edilmiş beynəlxalq sanskiaların yüngülləşdirilməsi və ya ləğvi nəzərdə tutulur.

Rhodes bildirib ki, Vaşinqton İranın etiraz edəcəyini gözləyir, amma bu yekun qərara təsir göstərməyəcək.

Qeyd edək ki, İran noyabrın 21-də İranın Pakistanla sərhəddə yerləşən Çabahar liman şəhərində yeni ballistin raketin sınağını keçirib.

ABŞ rəsmiləri dekabrın 7-də bəyan edib ki, İran ortamənzilli bu raketin sınağını keçirməklə BMT Təhlükəsizlik Şurasının iki qətnaməsini pozub.

Təhlükəsizlik Şurasının 2010-cu ildə qəbul etdiyi qətnamə İranda istənilən ballistik raketin sınağını qadağan edir.

BMT ekspertləri də belə qənaətə gəliblər ki, İran bu sınaqla təhlükəsialik şurasının qətnaməsini pozub. ABŞ Təhlükəsizlik Şurasını İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı tədbir görməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG