Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Bələdiyyə sədri və ərinin ölümünə görə ömürlük cəza istənildi


Azərbaycan məhkəmə

Azərbaycan məhkəmə

Saray bələdiyyəsinin sədri Vəsilə Həsənova ilə həyat yoldaşı Vəfadar Həsənovun evində öldürülməsi olayı ilə bağlı məhkəmə istintaqı başa çatıb. Oktyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə iclasında prokuror ər-arvadın qətlində təqsirləndirilən Fadai Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror deyir ki, F.Hüseynova verilmiş ittiham məhkəmədə sübuta yetirilib.

Zərərçəkmiş tərəf də eyni tələblə çıxış edərək, F.Hüseynova ömürlük həbs cəzası verilməsini istəyib.

F.Hüseynovun vəkili isə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə oktyabrın 13-də vəkilin çıxışı və F.Hüseynovun son sözü ilə davam edəcək.

Buna da bax: Bələdiyyə sədri və həyat yoldaşı öldürülüb

Vəsilə Həsənova və həyat yoldaşı ötən il iyunun 8-də axşam saatlarında qətlə yetirilib.

Cinayət işinin materiallarında yazılıb ki, bələdiyyə sədri və həyat yoldaşı öldürüləndən sonra onlara məxsus başqa bir ev də yandırılıb. Fədai Hüseynova qəsdən adamöldürmə ilə yanaşı, bu yanğına – özgənin əmlakını məhv etməyə görə də ittiham verilib. Amma o, evi yandırmadığını deyərək, ittihamı rədd edir.

Buna da bax: Qubad İbadoğlu: ''Made in Azerbaijan' qulağa yaxşı gəlir, amma...'

Qətl hadisəsinə gəlincə, F.Hüseynov məhkəməyə geniş ifadə verməsə də, Vəsiləni yox, Vəfadar Həsənovu öldürdüyünə görə özünü günahkar saydığını deyib. Bildirib ki, onu öldürmək niyyəti olmayıb: "Vəsiləni yataq otağında vurub çıxanda, Vəfadarla üzləşdim. Üstümə gələndə, özümü itirdiyimdən, onu da vurdum. Vəsilə isə ölməli idi, öldü də..."

Günün bütün mövzuları

XS
SM
MD
LG