Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:46

Minskidə ticarət mərkəzinə baltalı hücum olub


Balta və motorlu mişar gitara qabında olub
Balta və motorlu mişar gitara qabında olub

Belorusun paytaxtında balta və motorlu mişarla silahlanmış 17 yaşlı gənc ticarət mərkəzində adamlara hücum edib, bir qadını öldürüb, digərini yaralayıb.

AzadlıqRadiosunun Belorus xidmətinin yaydığı məlumata görə, olay oktyabrın 8-də Minskin mərkəzindəki "Avropa" ticarət mərkəzində baş verib.

Gənc həbs edilib. Polis bildirir ki, kamera görüntülərini incələyərkən gəncin balta və elektrik mişarını gitara qabında gətirdiyi məlum olub.

46 yaşlı qadın sinəsindən və çiynindən balta zədələri alıb.

Hadisənin motivləri barədə məlumat verilmir.

XS
SM
MD
LG