Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:47

Rusiyalı ekspertlər Belarusun Azərbaycandan neft alacağına inanmırlar


Turkmenistan -- Security forces take part in an anti-terrorist naval exercise on the Caspian sea coast, 05Sep2012
Turkmenistan -- Security forces take part in an anti-terrorist naval exercise on the Caspian sea coast, 05Sep2012

Rusiyalı ekspertlər Belarusun Azərbaycandan neft almasını real saymırlar və hesab edirlər ki, bu sadəcə siyasi gedişdir.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, Belarus Azərbaycandan 84 min tonluq 1 tanker neft alıb. Odessa limanında boşaldılan bu neft qatarla “Mozır” neftayırma zavoduna daşınacaq.

Rusiya milli energetika təhlükəsizliyi fondu analitik idarəsinin rəhbəri Aleksandr Peseçnik bunu real saymır.

“Bu sınaqdır. Söhbət bir tankerdən gedir. Onlar bu nefti sınaqdan keçirmək istəyirlər. Həm də ola bilsin ki, Rusiyaya göstəmək istəyirlər ki, bir neçə alternativləri var.İstənilən halda Rusiya neftinin qarşısını tankerlərlə kəsmək reallıqdan uzaqdır”, deyə ekspert “EADaily”nin müxbirinə bildirib.

Peseçnik deyir ki, Rusiya və Azərbaycan neftləri tərkibinə görə fərqlidirlər və bir neftdən digərinə keçmək zavodlarda dəyişiklik tələb edir.

Ona görə də hələlik yalnız sınaqdan söhbət gedir və 1 tanker heç nəyi həll eləmir.

Rusiya energetika və maliyyə institutu iqtisadi departamentinin şöbə rəisi Sergey Aqibalov da hesab edir ki, Belarusu ola bilsin ki, Azərbaycan neftinin keyfiyyəti maraqlandırır, amma bu bir o qədər də asan məslə deyil.

“Əgər söhbət yüngül neft almaqdan gedirsə, ola bilsin ki, Belarus struktur dəyişikliklər hesabına bunu öz zavodlarında sınaqdan keçirmək istəyir.

Yüngül neftin öz xüsusiyyətləri var, onu asan emal etmək olur.Amma istənilən keyfiyyətli neftin qiyməti də baha olur.Belarus Rusiya neftinə görə rüsum ödəmir və bu onun üçün çox sərfəlidir”, deyə Aqibalov bildirib.

Burda siyasi səbəb də ola bilər.

Ekspert deyir ki, burda siyasi səbəb də ola bilər, amma hazırda Rusiya neftini əvəzləmək üçün Belarusun texnoloji imkanları yoxdur.

“Belarus zavodlarınının texnoloji imkanları yüksək deyil və onlar bazar şərtləri ilə işləyə bilmirlər.

Onlar sadəcə dünya qiymətinə neft alıb, onu emal edə,sata bilmirlər. Belə halda onlar yalnız ziyana işləyəcək. Belə bir şey çox güman ki, gələcəyə hazırlıqdır, yəni Rusiya ilə rüsum qaydaları birdən dəyişə bilər. Həm də ola bilsin ki, Belarus Rusiyaya göstərmək istəyir ki, kənardan da neft ala bilər.Amma hələlik Rusiya neftini əvəzləməkdən danışmağa dəyməz” deyə Aqibalov deyib.

Ekspert hesab edir ki, vəziyyət, Belarus müəssisələri modernləşdirildikdən sonra dəyişə bilər, bu isə 2020-ci ildən tez baş verməyəcək.

Amma rusiyalı ekspertlər eyni şeyi, nə vaxtsa Avropanın qazla təhcizatı barədə də deyirdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG