Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 07:41

►O, metronun havalandırma borusuna daxil olmaq cəhdini qraffiti çəkmək istəyi ilə izah edirdi

Havalandırma sistemi vasitəsilə gizlincə Bakı metrosuna girmək istəyərkən saxlanan Belarus vətəndaşı Sergey Timofeyeviç İlyevskiy azadlığa buraxılıb.

Bu qərarı Nərimanov Rayon Məhkəməsi qəbul edib.

Report-un xəbərinə görə, məhkəmə qərarına əsasən, cinayət işinə xitam verilib. S.İlyevskiy məhkəmə zalından sərbəst buraxılıb.

Məhkəmə qərarının detalları açıqlanmır.

Ancaq Belarusun Azərbaycandakı səfirliyindən məhkəmə qərarını təsdiqləyiblər. Səfirlikdən S.İlyevskiyin artıq Azərbaycanı tərk etdiyi bildirilib.

S.İlyevskiy bu il martın 25-i saat 01:30 radələrində Bakının Nəsimi rayonunda saxlanıb. O zaman onun metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçməkdən ötrü dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyəndə tutulduğu bildirilirdi.

Buna da bax: Graffiti çəkən rəssamlar metroya niyə girirlər?- [Fotolar, Video]

Saxlanılarkən S.İlyevskinin üzərindən Tbilisi, Yerevan metro stansiyalarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxeminin aşkarlandığı deyilirdi. S.İlyevskiy özü isə ilkin ifadəsində demişdi ki, metroya girməkdə məqsədi divarlara qraffiti üslubda rəsmlər çəkmək istəyi olub.

Hüquq mühafizə orqanların S.İlyevskinin həbsi ilə bağlı yaydıqları məlumatda qeyd edilirdi ki, O, 2016-cı il martın 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana gedib. Mart ayının 23-də isə yenidən Gürcüstana qayıdaraq oradan da Azərbaycana gəlib.

S. İlyevski barəsində hər birində 2 ay olmaqla iki dəfə həbs qətimkan tədbiri seçilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG