Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:26

Belarusda keçirilən seçkisində saat 16-dək 74 faizdən çox seçici iştirak edib


Belarus prezidenti Alexander Lukashenko v kiçik oğlu Nikolay
Belarus prezidenti Alexander Lukashenko v kiçik oğlu Nikolay

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, oktyabrın 11-də keçirilən prezident seçkisində yerli vaxtla saat 16:00-dək 74,61 faiz seçici iştirak edib.

MSK hələ bundan əvvəl seçkiləri baştutmuş elan edib.

Moqilevedəki müstəqil müşahidəçilərdən biri AzadlıqRadiosunun Belarus xidmətinə bildirib ki, indi burdakı seçki kimi cansıxıcı olmasın deyə, dəyişiklik lazımdır.

Moqilevedəki müstəqil müşahidəçilər səsvermədə iştirak edənlərlə məntəqə komissiyalarının rəqəmləri arasında böyük uçurum olduğunu deyirlər.

Amma məntə komissiyaları müşahidəçilərdən elə bir giley olmadığını deyirlər.

Georgi Pinchuk adlı seçici isə paytaxt Minskdə səsverməyə gələrkən görüb ki, onun adının qarşısına artıq imza atılıb, özü də oktyabrın 7-də.

Məsələyə qarışan komissiya sədri sadəcə tarixi dəyişib və əlavə şərh verməyib.

Seçici şikayət yazmayıb,məntəqədə isə müşahidəçi yox imiş.

--

MSK sədri Lidia Yermoshina müşahidəçilərin səslərin hesablanmasını müşahidə etmək istəməsini təxribat adlandırıb.

Lidiya Yermoshina
Lidiya Yermoshina

Yermoshina müşahidəçilərdən xeyli şikayət gəldiyini də deyir.

Prezidentliyə namizəd “Vətənpərvərlər partiyası”-nınsədri Nikolay Ulakhovich 54 saylı məntəqədə səs verib və bundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Digər namizəd, Liberal-Demokrat partiyasının lideri Sergei Gaydukovich də həyat yoldaşı Alla ilə birlikdə Semkovada özünə səs verib.

“Düz danış” vətəndaş cəmiyyəti kampaniyasının lideri Tatyana Korotkevich isə səsverməyə həyat yoldaşı ilə birlikdə gəlib və öz adının qarşısına qələbə işarəsi qoyub.

Tatsyana Karatkevich
Tatsyana Karatkevich

O bundan sonra deyib ki, bu səs şəxsən mənim üçün yox, bizim ümumi ideyalarımız üçün lazımdır.

Lukashenka yenə də oğlu ilə səs verdi.

İndiki prezident və 5-ci müddət uğrunda mübarizə aparan Aleksandr Lukashenka Minskdəki 1 saylı seçki məntəqəsində səs verib.

O məntəqəyə kiçik oğlu Nikolayla gəlib və bülleteni qutuya o salıb.

Alexander Lukashenko
Alexander Lukashenko

Bundan sonra Lukashenka jurnalistlərin suallarını cavablandırıb və istənilən islahata hazır olduğunu deyib.

AzadlıqRadiosu Belarus xidmətinin məlumatına görə, günün birinci yarısınadək seçkidə 42 faiz seçici iştirak edib.

--

Oktyabrın 11-i Belarusda prezident seçkisidir.Səhər saat 8-dən seçki məntəqələri açılıb.Seçkiləri 900 beynəlxalq müşahidəçi izləyir.

Bir gün öncə Minskdə icazəsiz aksiya keçirən müxalifət seçkini baykot etməyə çağırıb.Müxalifətsaxta seçki nəticəsində Lukashenkanın qalib gələcəyini iddia edir. 2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Svetlana Aleksievich də bu fikirdədir.

Müxalifət iddia edir ki, dövlət müəssisəsində çalışanlara, xüsusilə də xəstəxana işçiləri və tələbəblərə səsvermə ilə bağlı təzyiqlər edirlir.

Lukashenka qalib gələcəyi halda beşinci dəfə Belarus prezidenti olacaq.

O, 1994-cü ildən ölkə başçısıdır.

2010-cu ildə keçirilmiş prezident seçkisindən sonra, siyasi müxalifət liderlərinə edilən təzyiqlər və həbslərə görə, Avropa Birliyi Belarusa qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar ümumilikdə 201 fiziki şəxsə və 18 şirkətə şamil olunub.

Amma qurum seçki ərəfəsində bildirib ki, əgər Belarusda növbəti prezident seçkisi və ondan sonra siyasi liderlər və fəallara qarşı təzyiqlər olmasa, Lukashenko da daxil olmaqla bu sanksiyaların bir hissəsi qaldırılacaq.

Belarusda 36 faiz seçici bir gün əvvəldən səs verib.

Belarus sakini səs verir.
Belarus sakini səs verir.

Belarus Mərkəzi Seçki Komitəsinin məlumatına görə, seçicilərin 36,05 faizi oktyabrın 10-da- vaxtından əvvəl seçkidə səs verib.

Bu göstərici ötən seçki ilə müqayisədə yüksəkdir. 2010-cu ildə vaxtından əvvəl səsvermədə 23.1 faiz iştirak etmişdi.

Vaxtından əvvəl səsvermə seçki günü məntəqəyə gələ bilməyənlər üçündür.

MSK sədri Lidia Yermoshina deyib ki, səsverməyə vaxtından əvvəl bu qədər seçicinin qoşulması normal haldır və onu göstərir ki, seçicilərin 80 faizindən çoxu səsvermədə iştiraka hazırdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG