Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

Britaniya Radioteleyayım Korporasiyasının BBC Monitoring qolunun Bakıdakı ofisi bağlanır.

Britaniya Radioteleyayım Korporasiyasının BBC Monitoring qolunun Bakıdakı ofisi bağlanır.

Bu barədə xəbər verən BBC Azərbaycanca bildirir ki, “bu dəyişiklik beynəlxalq əməliyyatların yenidən tarazlaşdırılması, "bəzi əsas regionlara daha səmərəli xidmət edilməsi və yeni məkanlarda [ofislərin] açılması üçün edilir”.

Xəbər verilir ki, BBC Monitoring Qafqazda mövcudluğunu davam etdirəcək və regiondakı işini Tbilisidən koordinasiya edəcək.

BBC-nin Azərbaycan xidməti həmçinin bildirir ki, BBC Monitoring-in Bakıda əməliyyatlarını dayandırması, BBC Azərbaycan xidmətinin ölkədə mövcudluğuna təsir etməyəcək.

“BBC Azərbaycanca, azərbaycandilli onlayn və sosial media auditoriyası üçün populyar xəbər mənbəyidir və bu auditoriyaya qlobal və regional xəbər və hadisələr barədə BBC-nin reportajlarını çatdırır", BBC sözçüsü deyib.

"Gələn il [həyata keçirilməsi] təklif olunan dəyişiklərin heç biri BBC Azərbaycancanın işinə təsir etməyəcək və biz Azərbaycandan xəbər verməyə davam edəcəyik", o əlavə edib.

Hadisələrin yaddaşı

BBC-nin Monitoring qolu regionlardakı hadisələri, xəbərləri, habelə onların yerli mediada əks olunmasını izləyir, məqalə və icmallar hazırlayır.

Bu qurum əslində BBC-nin müxbir şəbəkəsindən xaric informasiya almaq kanallarından biridir.

BBC Azərbaycan xidmətinə gəlincə isə, onun radio yayımları 2011-ci ilin martında dayandırılıb. O vaxtdan bəri BBC Azərbaycanca fəaliyyətini internetdə davam etdirir.

Bundan əvvəl 2009-cu ilin yanvarında Azərbaycan hökuməti xarici radioların, o cümlədən BBC Azərbaycan xidməti və AzadlıqRadiosunun yerli tezliklərdə yayımını qadağan etmişdi.

BBC Monitoring-in Bakıdan vida bəyanatında yerli siyasi-ictimai vəziyyət məsələsinə toxunulmasa da, bu hadisə Azərbaycanda müstəqil və hətta xarici media qurumlarının üzərinə təzyiqlərin artdığı bir dövrə təsadüf edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG