Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:16

“8-ci km bazarı"nda sahibkarlar işi dayandırdı


ANS (Youtube)
ANS (Youtube)

►"İcarə haqqını verə bilmirik"

Bakıdakı “8-ci km bazarı"nda satıcıları fevralın 4-də kütləvi şəklidə narazılıqlarını dilə gətiriblər. Xəbəri “ANS TV” yayıb.

Satıcıların narazılığına səbəb icarə haqqının dəfələrlə artırılmasıdır. Bu məsələ ilə bağlı rəhbərliyə müraciət etdiklərini bildirən satıcıların sözlərinə görə, alıcı sayının az olması vəziyyəti daha da ağırlaşdırıb.

Artıq bəzi satıcılar obyektlərini bağlayıb. İşləyənlər isə icarə haqqını ödəyə bilmədiklərindən şikayətləniblər. Onların sözlərinə görə, alıcı sayı az olduğundan 200-500 manat arasında dəyişən icarə haqqını ödəməkdə çətinlik çəkirlər.

Məsələyə münasibət bildirən Nizami Rayon İcra başçısının müavini Qərib Məmmədov problemin tezliklə həll ediləcəyini söyləyib: “Yaranmış vəziyyətlə bağlı biz həmin insanları qəbul edib şikayətlərini dinlədik. Son olaraq qərara gəldik ki, bazar rəhbərliyi ilə bu problemi həll edək”.

Müavinin sözlərinə görə, bazar rəhbərliyi ilə icarə qiymətlərində endirim etmək üçün razılıq əldə olunub.

Bu gülərdə eyni tələblə "Moskva" univermağındakı sahibkarlar da işi dayandırmışdı.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG