Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 04:38

Bayram Məmmədovun həbs müddəti 2 ay uzadıldı (Video)

NİDA üzvü Bayram Məmmədovun həbs müddəti 2 ay uzadıldı
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

NİDA üzvü Bayram Məmmədovun həbs müddəti 2 ay uzadıldı

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Bayram Məmmədovun həbs müddəti 2 ay artırılıb.

Bu barədə Xətai Rayon Məhkəməsində qərar verilib. Gənc fəalın işini araşdıran müstəntiq və prokuror bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdi.

B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: «Bu müddət ərzində Bayram Məmmədovla bağlı heç bir istintaq hərəkatı aparılmayıb. Biz bunu məhkəmənin də nəzərinə çatdırdıq. Qərarı əsasız sayırıq. Qərardan apellyasiya şikayəti verəcəyik. Eyni zamanda onun ev dustaqlığına buraxılması ilə də bağlı vəsatət verəcəyik».

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Q.İbrahimovun işi isə artıq məhkəməyə göndərilib.

This item is part of
XS
SM
MD
LG