Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

Gənc fəal Bayram Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, oktyabrın 5-də istintaqın bitməsi onlara elan edilib. Vəkillər istintaq materialları ilə tanış olublar.

Cinayət işinin yaxın günlərdə məhkəməyə göndəriləcəyi gözlənilir.

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb

Buna da bax:​ Məhkəmə gənc fəalların iddialarını rədd etdi

Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Q.İbrahimovun işi isə artıq məhkəmədədir. O, məhkəməsində ifadəsində də, məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edildiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG