Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:29

►“Gənc fəal Bayram Məmmədov mayın 19-dan başladığı aclıq aksiyasını dünən dayandırıb”.

Bu haqda Azadlıq Radiosuna mayın 24-də B.Məmmədovun vəkillərindən Elçin Sadıqov xəbər verib.

Vəkilin bildirdiyinə görə, gənc fəal anası ilə telefonla danışdıqdan sonra belə qərar qəbul etdiyini deyib.

Vəkil həmçinin bildirib ki, saxlanan zaman işgəncələrə məruz qalması epizodu üzrə gənc fəalı müstəntiq dindirib.

Vəkil: “Gözləyirlər ki, xəsarət izləri itsin ”

“Bayram Məmmədov bu gün Baş Prokurorluğun müstəntiqi Asim Səfərliyevə saxlanan zaman məruz qaldığı işgəncələrlə bağlı ətraflı izahat verdi ”.-deyə vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, digər gənc Qiyas İbrahimova belə bir izahat verməyə təcridxana rəhbərliyi şərait yaratmayıb. Amma Q.İbrahimov vəkilinin deməsinə görə, ondan belə bir açıqlama verməsini xahiş edib:

“Mən saxlanılan zaman verdiyim izahatdan imtina edirəm. Xahiş edirəm ki, vəkilimin yanında məndən işgəncələrlə bağlı izahat alınsın”.

E.Sadıqov deyib ki, Q.İbrahimov ötən həftənin cümə günü işgəncə faktları ilə bağlı Daxili İşlər Nazirlyinin Daxili Təhqiqatlar İdarəsi əməkdaşlarına verdikləri izahatının əsas götürülməsini istəyir.

B.Məmmədov və Q.İbrahimovun səhhətlərinin qaydasında olduğunu deyən vəkil cinayət işini aparan müstəntiqin heykəl üzərinə şüar yazılmasına görə gənclərə “tövsiyə ” verdiyini bildirib: “Müstəntiq gənclərə xoşunuz gəlmir, bu ölkədən gedin ” tövsiyəsi verib”-deyə vəkil qeyd edib.

____________________________________________________________

Bunlara da bax:
Məscid, kilsə, sinaqoq bir binada- [Video]
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

Vəkil deyib ki, xəsarət izləri itənə qədər işgəncə hallarının obyektiv araşdırılacağına şübhə edir.

Mayın 24-də həbsdə olan digər gənc fəal Qiyas İbrahimovun anasını isə onunla görüşə buraxmayıblar. Q.İbrahimovun anası Şura Əmiraslanova Azadlıq Radiosuna bir neçə saat təcridxananın qarşısında gözləsə də görüşə buraxılmadığını deyib.

Ananı qapıda gözlədib görüşə buraxmadılar

“Yemək çantamı qəbul etdilər, ancaq görüşməyimə icazə vermədilər. Heç bir izahat da vermədilər” - deyən ana övladı həbs edildikdən bu yana onunla görüşə şərait yaradılmadığını, bir dəfə telefonla əlaqə saxlaya bildiyini bildirib.

Anası Q.İbrahimovun səhhətindən narahat olduğunu vurğulayıb.

Xatırlatma

Heydər Əliyevin heykəli

Heydər Əliyevin heykəli

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 16-da da B. Məmmədovun ona işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə gənclərin onlara işgəncə verilməsi ilə bağlı dediklərini təkzib ediblər.

Üstəlik, Ombudsman Aparatından da gənclərə işgəncə verilmədiyi bildirilib.

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında olduqlarını deyiblər.

Aparatdan yayılan məlumatda qeyd edilir ki, MPQ üzvləri həmin müəssisədə saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimovu təkbətək qəbul ediblər. MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirilib.

____________________________________________________________

Bunlara da bax:
Fərəc Kərimlinin cəzası azaldıldı
Mobil proqram riyaziyyat misallarını həll edir

____________________________________________________________

Məlumatda deyilirdi ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Gənc fəalların vəkili Elçin Sadıqov isə AzadlıqRadiosu-na müsahibəsində Ombudsmanın Milli Preventiv Qrupunun açıqlamasını əsasız saymışdı. Vəkil deyirdi ki, gənclərin bədənində işgəncə yerlərini öz gözü ilə görüb.

Mayın 19-da isə Bayram Məmmədovun Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı bildirildi.

Vəkilin bildirdiyinə görə, B.Məmmədov Bakı Apellyasiya Məhkəməsinin barəsində seçilən həbs qərarını qüvvədə saxlamasına etiraz edirdi.

Elçin Sadıqov bildirib ki, gənc fəal həmçinin Ombudsman Aparatının onlara işgəncə verilmədiyi haqda bəyanatından kəskin narazı qalıb.

Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!»sözləri yazılmışdı.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG