Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:11

►Ukraynanın baş naziri ondan... 2 dəfə cavandır

Fevralın 26-da Azərbaycanın baş naziri Artur Rasizadənin 81 yaşı tamam olub.

1935-ci ildə doğulan Artur Rasizadə 1996-cı il noyabrın 26-dan baş nazirdir. A.Rasizadə 2003-cü ilin avqustundan noyabrınadək baş nazirin birinci müavini olub. Həmin vaxt baş nazir postunu indiki prezident İlham Əliyev tutub.

Transparency.az-ın araşdırmasına görə, Artur Rasizadə Azərbaycana qonşu ölkələrin baş nazirləri arasında ən yaşlısidir.

Ermənistanın baş naziri Ovik Abramyan Artur Rasizadədən 23 yaş cavandır. Onun 58 yaşı var.

Türkiyənin baş naziri Əhməd Davudoğlu 57, Rusiyanın baş naziri Dmitri Medvedyevsə 50 yaşdadır.

Gürcüstana 48 yaşlı Georgi Kvirikaşvili baş nazirlik edir.

Keçmiş SSRİ məkanının ən böyük ölkələrindən olan Ukraynanın baş naziri Arseni Yatsenyukun isə cəmi 41 yaşı var.

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

Avropa Birliyinin aparıcı ölkələrinə gəlincə, Almaniya hökumətinin başında 61 yaşlı Angela Merkel durur.

Fransanın baş naziri Manuel Valsın 53, Böyük Britaniyanın baş naziri Devid Kemeronun 49, İtaliyanın baş naziri Matteo Renzininsə 41 yaşı var.

İsrailin baş naziri Benyamin Netanyahu 66 yaşındadır.

Şimali Amerika ölkəsi Kanadada isə baş nazir Castin Tryudonun cəmi 44 yaşı var.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG