Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:28

Bərdədə aksiya olduğu deyilir


İllüstrasiya
İllüstrasiya

-

Avqustun 25-də Bərdə rayonunda bir qrup sakinin etiraz aksiyası keçirdiyi bildirilir.

Verilən xəbərlərə görə, sakinlər Bərdə-Agcabədi yolunu bağlayıblar.

Onların rayonun bəzi kəndlərinə qaz xətti çəkilişinin dayandırılmasına etiraz etdikləri söylənir.

Rayondan verilən xəbərə görə, aksiya iştirakçıları deyiblər ki, bir neçə kəndə qaz xətti çəkilişi bir aydan artıqdır dayandırılıb. Əvvəllər də etiraz ediblər, icra hakimiyyəti xəttin çəkilişinin davam etdiriləcəyini vəd edib. Ancaq xeyli vaxt ötməsinə baxmayaraq işlər bərpa edilməyib.

Aksiyanın təqribən 1 saatadək davam etdiyi bildirilir. Əraziyə polis, post-patrul əməkdaşları cəlb edilib. Ancaq aksiyaçıların bundan sonra da dağılmadığı söylənir.

Yerli sakinlərin bildirməsinə görə, etiraz aksiyası rayon icra hakimiyyəti nümayəndələri ilə görüşdən sonra baş çatıb. İcra Hakimiyyəti təmsilçiləri qaz xətti çəkilişinin bərpa ediləcəyini vəd edib.

Bərdə rayon İcra Hakimiyyətindən isə Turan İnformasiya Agentliyinə adinin çəkilməsini istəməyən bir şəxs aksiyadan xəbərsiz olduğunu deyib. Onun deməsinə görə, kəndlərə qaz xətti çəkilişi qrafik üzrə aparılır. Narazılığa əsas yoxdur.

Buna da bax: Piyadalar kəndinin 100-dən artıq sakininin etiraz aksiyası keçirdiyi bildirilir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG