Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Obamanın Nobel mükafatı


ABŞ prezidenti Barack Obama (solda) və Almaniya kansleri Angela Merkel, 24 aprel 2016

ABŞ prezidenti Barack Obama (solda) və Almaniya kansleri Angela Merkel, 24 aprel 2016

2017-ci il yanvarın sonlarında ABŞ prezidenti Barak Obama Ağ evi tərk edir.

Franklin Ruzvelt adminstrasiyası dönəmindən adətən prezidentlərin səlahiyyət müddətlərinin ilk 100 günü müzakirə olunub. Yahoo News isə siyasi səhnədə dövlət başçısı kimi tarixi missisyasını başa vurmağa yaxınlaşan Obamanın prezidentliyinin son 100 gününə toxunur. Burda söhbət onun prezidentlik müddətinin hərfi mənada başa çatacağı 2017-ci ilin yanvarından getmir. Sülh üzrə Nobel mükafatçısı olan prezidentin hərbi müdaxilələr barədə verdiyi və verə bilmədiyi qərarlardan gedir.

Məqalədəki bəzi məqamları çatdırırıq.

Yeddi il əvvəl prezident Barak Obama Nobel mükafatı aldı. O zaman ABŞ prezidentinin bu mükafatı alması gözlənilməz oldu. Gözlənilən o idi ki, bu mükafat onu hərbi müdaxilələr barədə əmrlər verərkən azacıq da olsa çəkindirəcək. Amma görünən odur ki, indi o hərbi qərarlarla bağlı sələfi George W. Bush-un ona təqdim etiyi dəlillərdən daha çoxunu xələfinə - özündən sonra gələcək prezidentə təqdim etməyə hazırdır. Bu da daha çox Konqresin öz konstitusional vəzifəsini yerinə yetirməməsi və ya yerinə yetirmək istəməməsi ucbatındandır. Çünki məhz Konqres ABŞ prezidentinin hərbi addımlarla bağlı qərarlarının icrasına ya icazə verir, ya da məhdudiyyət qoyur.

Buna da bax: Obama Azərbaycanın adını hallandırdı, Bakı cavab verdi (video)

İndi Obama idealı saydığı Avraam Lonkoln da daxil olmaqla istənilən ABŞ prezidentindən müharibəyə daha yaxındır.

O 2009-cu il oktyabrın 7-də Nobel mükafatçısı elan olundu. Bu gün həm də Amerikanın ən uzun müharibəsinin davam etdiyi ölkəyə - Əfqanıstana qoşun yeridildiyi gündür.

Obama prezidentliyi dövründə Nobel mükafatı alan üçüncü dövlət başçısıdır.

Teddy Roosevelt 1906-cı ildə Rus-Yapon müharibəsinin başa çatmasındakı xidmətinə görə bu mükfatı qazanmışdı.

Buna da bax: Obama iş axtarır - Satirik video

1920-ci ildə Woodrow Wilson Birinci Dünya müharibəsinə son qoymaq və Millətlər Liqasının (sonralar BMT-yə çevriləcək) yaradılması üçün fəaliyyətinə görə təltif olunmuşdu. Bundan başqa, 2002-ci ildə Cimmi Karter “beynəlxalq konfliktlərin sülh yolu ilə həll edilməsi” kampaniyasına, 2007-ci ildə Albert Qor iqlim dəyişikliyi əleyhinə qarşı apardığı təbliğata görə bu mükafata layiq görülüblər.

Obama 2009-cu ilin dekabrında Osloda Nobel komitəsi qarşısındakı çıxışında demişdi:

“Mən də istənilən başqa prezident kimi öz xalqımı qorumaq ehtiyacı yarandıqda birtərəfli qaydada fəaliyyət göstərmək haqqımı özümdə saxlayıram”. Komitə mükafatı ona “beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda ekstraardıcıl fəaliyyətinə görə” verib.

Amma Obama iki əlaməti özündə birləşdirməyə məhkum oldu. O Martin Lüter KinqQandi kimi zorakı olmayan üsulları kompramissiz hərbi qərarlarla birləşdirməli idi.

“Əgər bizim hədəfimizdə Usama Ben Laden varsa və Pakistan hökuməti bunu qəbul etmirsə və ya edə bilmirsə biz hərəkət etməliyik və onu aradan götürməliyik. Biz Ben Ladeni öldürəcəyik”, ​- bu sözləri isə Obama 2008-ci il oktyanrın 7-də senator Con Makkeynlə debatda deyib.

Obama hətta 11 sentyabr hadisələrindən sonra, 2002-ci ildə İraqda müharibə əleyhinə məşhur çıxışında da aktiv müdafiə üçün gücdən istifadədən danışırdı.

“Mən bütün müharibələrin əleyhinə deyiləm, mən lal və yara əmələ gətirən müharibənin əleyhinəyəm”, - demişdi o zaman.

Məqalə müəllifi hesab edir ki, Obama həm də 2011-ci ildə Konqres açıq səlahiyyət vermədən Liviyada kampaniya başlamağın və “İslam Dövləti” kimi məşhurlaşan hərbi qüvvələrə qarşı elan edilməmiş müharibənin güclənməsinin da “əleyhinə olmadı”.

Günün bütün mövzuları

XS
SM
MD
LG