Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Səudiyyə kralı bir ildə Obama ailəsinə 1.3 milyonluq hədiyyə verib


Barack Obama

Barack Obama

-

Amerika prezidenti Barack Obamanın xarici həmkarlarından aldığı hədiyyələr bəzən çox qəribə olur. Məsələn, bir dəfə Zənzibar prezidenti ona üzərində Obamanın rəsmi olan beyzbol kepkası hədiyyə etmişdi. Özü də nə az-nə çox, düz 20 ədəd. Polşanın baş nazirinin Amerikanın 1-ci şəxsinə hədiyyəsi isə video oyun dəstindən ibarət olmuşdu.

Ancaq bu günlərdə Dövlət Departamenti ABŞ prezidentinə 2014-cü ildə verilmiş hədiyyələrin siyahısını açıqlayanda ağla gələn ilk sual “Belə də hədiyyə olar?” deyil, “Bu qiymətə də hədiyyə olar?” sualıdır. Çünki siyahıdan görünür ki, Səudiyyə kralı Abdullah və krallığın digər rəsmiləri ötən il Obamaya və onun ailə üzvlərinə verdikləri hədiyyələr üçün böyük sərvət xərcləyiblər. Nə az, nə çox – 1.35 milyon dollar.

Bu hədiyyələr rüşvət sayılmır. Obama vəzifədən gedəndə hansısa hədiyyəni özü ilə götürmək istəsə, onun bazar dəyərinə uyğun məbləğini ödəməlidir. Əks halda, Amerika qanunvericiliyinə görə, prezident bütün hədiyyələri saxlanmaq və nümayiş olunmaq üçün Milli Arxivə təhvil verməlidir. Builki siyahıya nəzər salanda görünür ki, prezident ona verilmiş hədiyyələrdən heç birini özünə götürmək istəməyib.

Doğrudur, Obama kasıb sayılmaz. İldə 400 min dollar məvacib alır. Bundan əlavə, kitabları satılır. Amma yenə də Səudiyyə kralından 2014-cü ilin yanvarında hədiyyə aldığı qızıl saata görə xəzinəyə 18 400 dollar ödəyib onu özünə götürəcəyini təsəvvür etmək çətindir. Həmin ilin aprelində kralın verdiyi 67 min dollar dəyərindəki başqa bir qızıl saatı həmçinin. Məkkə Saat Qülləsinin qızıl suyuna salınmış prototipi kralın 2014-cü ildə Obamaya verdiyi başqa bir hədiyyədir. Dövlət Departamenti onu 57 min dollar məbəğində qiymətləndirib.

Michelle Obamaya nələr hədiyyə olunmayıb ki?

Hələ bir dayanın, bunlar kralın Michelle Obamaya verdiyi hədiyyələrin yanında nədir ki...?

2014-cü ilin yanvarında kralın birinci xanıma hədiyyəsi brilyant və zümrüd daş-qaşlı boyunbağı, sırğa, üzük və bilərzik dəsti olub. Qiyməti? – 560 min dollar. Aprel ayında da eyni hədiyyə təkrarlanıb. Amma bu dəfə o, 570 min dollar məbləğində qiymətləndirilib.

2015-ci ildə vəfat etmiş kral Abdullah Obamanın qızları Malia və Sashanı da hədiyyəsiz qoymayıb. Yanvarda onlara brilyant-zümrüd daş-qaşlı və brilyant-yaqut daş-qaşlı 2 ayrı zinət əşyaları dəsti hədiyyə edib. Qiyməti – 80 min dollar.

Qonağın verilən hadiyyəni özünə saxlamayacağını bilə-bilə ona hədiyyə bəxş etmək qəribə görünə bilər. Ancaq bu cür hədiyyələr qlobal diplomatiyada az da olsa, müəyyən rol oynayır. Dövlət Departamentindən bildirirlər ki, verilən hədiyyəni qəbul etməmək onu verən üçün, eləcə də ABŞ hökuməti üçün ayıb olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG