Ermənistanlı futbolçu Yura Movsisian hesab edir ki, 2018-ci ildə Rusiyada keçiriləcək çempionat, dünya futbol kuboku tarixində ən yaxşı turnir olacaq.
Moskvanın “Spartak” klubunun 29 yaşlı keçmiş hücumçusu Movsisian hazırda Amerikanın “ Real Solt-Leyk” komandasında oynayır.
Bu barədə yanvarın 18-də “Rossiyskaya qazeta” və Ermənistan mətbuatı məlumat yayıb.
Movsisian həmçinin ümid edir ki, həmin çempionata Ermənistan yığması da düşə biləcək.
Movsisian “ Real Solt-Leyk” klubuna 2016-cı ilin oktyabrında transfer olunub.