Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:46

«Banqladeşdəki hücumun İŞİD-lə əlaqəsi yoxdur»


Bangladesh, Dhaka. 2 iyul, 2016
Bangladesh, Dhaka. 2 iyul, 2016

Banqladeş rəsmiləri bildirirlər ki, Dəkkədəki restoranda 20 girovu öldürənlər İŞİD-in yox, 10 ildən çoxdur ölkədə qadağan edilmiş yerli hərbi qruplaşmanın üzvləridir. Daxili işlər naziri Asaduzzaman Khanın sözlərinə görə, bu qruplaşma Jamaeytul Mujahdeen Bangladesh adlanır. Nazir onların İŞİD-lə heç bir əlaqəsi olmadığını əlavə edib.

İyulun 1-də silahlı şəxslər Dəkkədə diplomatik nümayəndəliklərin də olduğu ərazidə yerləşən restoranı ələ keçiriblər. İŞİD bu hadisəyə görə məsuliyyəti üzərinə götürüb, içəridə 24 nəfərin öldüyünü bəyan edib. Ancaq Banqladeş hakimiyyəti sonadək baş verənlərin beynəlxalq cihad təşkilatı ilə əlaqəsi olmadığında israr edib.

Polis öldürülən altı şəxsin fotosunu və adlarını açıqlayıb. Onlardan biri sağ qalıb. Hazırda həmin şəxsin kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən dindirildiyi deyilir.

Rəsmi məlumata görə, restoranda 20 girov öldürülüb. Onlardan doqquzu İtaliya, yeddisi Yaponiya, ikisi Banqladeş və Hindistan və biri ABŞ vətəndaşıdır.

Polis restorandakı qruplaşma üzvləri ilə təxminən 10 saatlıq uğursuz danışıqlardan sonra zirehli texnikanın yardımı ilə hücuma keçib, bu zaman 2 polis və 6 yaraqlı ölüb. 13 girov azad edilib.

BMT-nin Təhlükəsizlik Şurası iyulun 2-də yaraqlıların hücumunu pisləyib. «Terrorun beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhlükə» olduğunu bildirib.

XS
SM
MD
LG