Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:29

Banqladeş hərbçiləri “İŞİD girovçularına” qarşı hücuma keçiblər


Banqladeş təhlükəsilik qüvvələri Holey Artisan Bakery kafesinin yaxınlığında

Banqladeş təhlükəsilik qüvvələri Holey Artisan Bakery kafesinin yaxınlığında

Kafedə girov saxlananların arasında italyan və yaponların olduğu xəbər verilib

Banqladeşin paytaxtı Dəkkədə yüzlərlə əsgər silahlıların 20-dək insanı girov saxladıqları kafeyə hücuma keçib.

Reuters agentliyi xəbər verir ki, 10 saatlıq qarşıdurmadan sonra ölkənin Çevik Hərəkət Batalyonu kafeyə nəzarəti ələ almağa çalışıb.

Kafedə girov saxlananların arasında italyan və yaponların olduğu xəbər verilib.

Girovların taleyi hələlik məlum deyil.

Kafeyə basqına görə məsuliyyəti öz üzərinə İslam Dövləti adlanadırılan təşkilat götürüb.

Əməliyyat zamanı azı iki polisin öldürüldüyü, daha 30 nəfərin yaralandığı xəbər verilir.

Bəzi mənbələr əməliyyatda Banqladeş hərbi dəniz və hava qüvvələrinin, habelə sərhəd qvardiyasının da iştirak etdiyini bildirirlər.

Şahidlər “Holey Artisan Bakery” kafesinin həndəvərində çox sayda zirehli maşınların cəmləşdiyini deyirlər.

Bu kafe mühafizəsi gücləndirilmiş diplomatik şəhərcikdə yerləşir.

Xilas edilənlər var

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, kafeyə basqın edən silahlıların sayı 8-9 nəfər olub.

Özünü İŞİD-in media qurumu kimi təqdim edən Amaq xəbər agentliyi kafenin xaricilərin çox olduğu yer kimi hədəfləndiyini bildirib.

Həmin mənbə müxtəlif millətlərdən olan 20-dək insanın öldürüldüyünü xəbər verib.

Bu xəbər rəsmi qaydada təsdiq edilməyib.

Ən son məlumatlara görə təhülkəsizlik qüvvələri 2 əcnəbi də daxil 10-dək girovu xilas edə bilib.

Bəzi girovlar əməliyyat zamanı özləri girovçulardan xilas ola biliblər.

Qərb mediası yazır ki, bu hücumdan əvvəl Banqladeşdə artıq bir müddət idi, dünyəvi bloggerlər, alimlər və dini azlıqların nümayəndələri qətlə yetirilirdilər.

Media xəbərlərində deyilir ki, bu, Banqladeşdə əcnəbilərin girov götürüldüyü ilk hadisədir.

Müşahidəçilər basqının vaxtını təsadüfi hesab etmirlər, beləki Banqladeş müsəlmanları gələn həftə keçiriləcək Ramazan bayramına hazırlaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG