Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:25

Bankların dollar qadağaları çoxalır. Bir çox bankların dollar satışına ciddi limit tətbiq etdiyi bildirilir. Artıq manatla olan kartlardan dollara mübadilə etməyə də qadağalar qoyulduğu söylənir.

«Bank Respublika»dan verilən məlumata görə, bu gün-avqustun 26-dan manatın dollara konvertasiyası dayandırılıb.

Bankdan açıqlanıb ki, bu, bəzi müştərilərin mübadilə üsullarından sui-istifadə etməsinin qarşısını almaq məqsədi daşıyır: ««Bank Respublika»nın kartları vasitəsilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatların keçirilməsi dayandırılacaq. Bankın təklif etdiyi sərfəli mübadilə tariflərindən bəzi müştərilərin sui-istifadə etmələrini nəzərə alaraq, bu addım atılıb»,-deyə qeyd edilir

Əməliyyatların növləri bunlardır:

- Manatla kartlardan xarici valyutada «Card to Card» əməliyyatları;

- Xarici valyutalı kartlardan manatla mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit);

- Manatla kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code);

- Manatla kartlardan xarici valyutada «Card to Account» əməliyyatları;

- Digər bankların kartlarından «Bank Respublika»nın xarici valyutada olan kartına manatla köçürmə əməliyyatları (Card to Card).

Bir neçə gün öncə bəzi banklar manatla kartlardan xarici valyuta konvertasiyası haqlarını 4 faizədək artırdı. Ekspertlərə görə, bu qadağalarda əsas məqsəd dollar alışını azaltmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG