Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:36

Bankların manatla bağlı Mərkəzi Banka inanmamaqlığı...


Mərkəzi Bank
Mərkəzi Bank

-

Mərkəzi Bank (MB) banklardan bir ay müddətinə 6.49%-lə 129 milyon manat əmanət cəlb edib. Əslində, daha çox - 150 milyon manat istəyib, amma o qədərini gerçəkləşdirə bilib.Bu əməliyyat xeyli sual doğurur: MB-nin pulu yoxdur, bəyəm? Başqa banklardan depozit cəlbi nəyi hədəfləyib? Özəl bankların burada nə marağı var? Axı əhalidən, azı, 12 faizə cəlb etdikləri əmanəti niyə MB-də özlərinə zərərlə - maksimum 6.99 faizlə yerləşdirirlər?Üstəlik, MB-nin uçot dərəcəsi 7 faizdirsə və digər banklara krediti 7 faizlə verirsə...

«BU ONU GÖSTƏRİR Kİ...»

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, sözügedən əməliyyat MB haqqında qanunun 29.1.5-ci və 34-cü maddələrinə uyğun gerçəkləşdirilib: «Həmin maddələrə əsasən, MB-nin pul siyasətinin bir aləti də kredit təşkilatlarından depozit cəlb etməkdir. Məlum olduğu kimi, pul siyasətinin əsas məqsədi qiymətlərin, yəni manatın sabitliyi, inflyasiya və devalvasiya ilə mübarizədir. Bu məqsədlə pul siyasəti alətlərindən 2 yöndə yararlanmaq olar: 1) Manat kütləsini azaltmaq; 2) Manat kütləsini artırmaq. Depozitlərin cəlb edilməsi 1-ci istiqamətdir, yəni banklar pullarını MB-də yerləşdirir və nəticədə dövriyyədəki manat kütləsi azalır».

Ekspertin fikrincə, bu onu göstərir ki, MB inflyasiya və xüsusən devalvasiya təhlükəsindən narahatdır: «Yəni manat kütləsinin dollara çevrilməsindən və valyuta ehtiyatlarının azalmasından, habelə qiymətlərin daha da artmasından qorxur. Buna görə banklara deyir ki, artıq manatınızı mənə verin, heç nə də olmasa, az-maz faiz ödəyərəm sizə, amma qaçıb dollara çevirməyin».

«MANATLA KREDİT VERMƏK İSTƏMİRLƏR, ÇÜNKİ...»

Banklara gəlincə, ekspert onlara indi az kredit verildiyini deyir: «Dollarla kredit verə bilmirlər, heç götürən də yoxdur. Manatla kredit vermək istəmirlər, çünki növbəti devalvasiyanın qaçılmaz olduğunu zənn edirlər. Bütün manat ehtiyatını dollara çevirmək də təhlükəlidir, çünki əhali kütləvi olaraq əmanətləri çıxarır, buna görəvəmüştəriləri cari əməliyyatlarını təmin etmək hesabda həmişə manat olmalıdır. Təbii ki, həmin manat əmanətləri üzrə müştərilərə 12 faiz ödəməlidilər. Amma ödəmək üçün gəlir yoxdur. Gəlir kreditdən idi, o da indi azdır. Növbəti devalvasiyanın tarixini isə bilmirlər, buna görə də bütün manat ehtiyatlarını deyil, bir qismini dollara çevirirlər və o səbəbdən son günlər dollar yenə bahalaşır».

«BANKLAR MB-YƏ ETİBAR ETMİRLƏR»

Ekspertin qənaətincə, məhz belə səbəblərdən banklar MB-nin təklifinə razılıq veriblər: «Banklar manatlarının bir qismini ona verirlər ki, qəpik-quruş da olsa, nə isə qazana bilsinlər. Amma yenə də MB-nin gözləntisindən az yerləşdirirlər, çünki MB-yə etibar etmirlər. Özəlliklə belə ağır vəziyyətdə ola-ola».

Maliyyə məsələləri eksperti Cəfər İbrahimli depozit hərracının keçirilməsini kapital bazarı üçün yaxşı xəbər saymır: «Çünki kapital bazarı not əməliyyatlarından yetərincə komissiya gəliri əldə edə bilirdi».

Ekspertin fikrincə, banklar üçün notlar, MB-də depozit yerləşdirməkdən daha sərfəlidir: «Banklar üçün notlar daha cəlbedici olardı, çünki notları fond bazarı sistemi üzərindən istənilən vaxt digər banklara satmaq və ya MB-yə geri qaytarmaq mümkündür. Depozitdə isə bankların bu imkanının olacağı çətin görünür».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG