Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:08

►Maliyyə bazarları eksperti Cəfər İbrahimlinin fikrincə, Mərkəzi Bankın uçot dərəcəsini artırması işə yaramaya bilər

Mərkəzi Bank (MB) bu il 3-cü dəfədir ki, uçot dərəcəsini artırır.

Daha əvvəl - fevralın 15-dən başlayaraq, 3 faizdən 5 faizə, martın 4-dən başlayaraq, 5 faizdən 7 faizə yüksəltmişdi. Avqustun 8-dən uçot dərəcəsi 9,5 faizə qalxır.

MB artımın manatla yığımları stimullaşdıracağını düşünür. Uçot dərəcəsinin yüksəldilməsi pul bazarında faiz dərəcələrini elə səviyyəyə qaldırmalıdır ki, elə yığımlara həvəs oyansın. Beləcə, manata inamın artırılması hədəflənir. MB-nin sterilizasiya əməliyyatlarının (məsələn, depozit hərraclarının – red.) da cəlbediciliyi arta bilər.

Mart artımında da başlıca məqsəd manata inamı çoxaltmaq idi. Ancaq bu inam formalaşmadı. Əmanətlərdə dollarlaşma maksimuma çatdı və dollar alımı sürəti azalsa da, onu dayandırmaq mümkün olmadı. Sürətin azalması da, əsasən, MB-nin pul kütləsini azaltmasından qaynaqlanırdı, manata inamdan deyil.

Buna da bax: “Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır”

“İqtisadiyyatın ucuz pula ehtiyacı var”

Normal durumda uçot dərəcəsi artanda, kreditlər avtomatik bahalaşmalıdır. Ancaq kreditləşmədə MB-nin payı çox olmadığından, kredit dərəcəsini artırmaqla bazara ciddi təsir göstərmək imkansızdır.

İndi bankların kredit faiz dərəcələri, çox vaxt, 25 faizi aşır. Bu, aydın məsələdir ki, MB-nin uçot dərəcəsindən yetərincə yuxarı olan göstəricidir (9,5 faizlə müqayisədə). Deməli, kommersiya bankları bunu əsas götürüb kredit faiz dərəcələrini yüksəldə bilməz. Üstəlik, hazırda iqtisadiyyatın ucuz pula ehtiyacı var, süni şəkildə bahalandırılmış manata yox.

“MB-yə əmanət yerləşdirmək banklara cəlbedici gələ bilər”

Mərkəzi Bank

Mərkəzi Bank

Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, manatla yığımı stimullasdirmaqdan ötrü banklar faizi artırmalıdir:

“Buna da siğorta fondunun 12 faizlik məhdudiyyəti icazə vermir. İndən belə MB-yə əmanət yerləşdirmək banklara cəlbedici gələ və banklar kredit verməkdə maraqlı olmaya bilər. İndiki şəraitdə 9,5 faizlə MB-yə depozit qoymaq və illik 12 faizlə dövlət istiqrazlarını almaq banklara daha cəlbedici görünür. MB banklardan 7 faizlə depozit cəlb edirdi, indi banklar 9,5 faizlə də MB-yə depozit yatıra biləcək”.

“Manatın bazar dəyəri formalaşanadək...”

Ekspertin fikrincə, basqının azalması və inamın oturuşmasından ötrü manatəsaslı maliyyə alətlərinin faiz dərəcəsi yüksəlməlidir:

“Ancaq manatın bazar dəyəri formalaşanadək təzyiq ortadan qalxmayacaq. İdxala bağlı iqtisadiyyat olduğumuzdan, bu il devalvasiyasonrası inflyasiyanı pul siyasəti ilə tənzimləmək çətin olacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG