Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Lisenziyası alınan banklar 11 oldu

Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabrın 30-da “Bank Standard”ın lisenziyasını ləğv edib.

APA-nın xəbərinə görə, bunu palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı açıqlayıb.

Qərarın palatanın fövqəladə iclasında qəbul olunduğu bildirilir. Ancaq bunun səbəbi açıqlanmır.

Buna da bax:​ “Bankların sayı 20-yə qədər enəcək”

“Qafqazinfo” saytının xəbərinə görə isə, R. Aslanlı lisenziyanın ləğvini belə əsaslandırıb:

“Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib”.

520 milyonun manatın taleyi?

Şura sədri bankda qorunan əmanətlər haqqında da danışıb:

“Banka müvəqqəti inzibatçı təyin edilib. “Bank Standart” Əmanətlərin Sığortalançası Fondunun üzvüdür. Bankda qorunan əmanətlərin böyük əksəriyyəti xarici valyutadadır. Qorunan əmanətlər əhaliyə tez zamanda ödəniləcək. Əmanətçilər bu barədə narahat olmasınlar. Ən geci iki həftə ərzində qorunan əmanətləri kompensasiya edə bilirik. Bankın 520 milyon manat əmanəti var. 460 milyon manatı qorunan əmanətdir. Bütövlükdə fiziki hesaba malik olan şəxslərin sayı 260 mindən artıqdır. Bunların da 40 minə yaxın əmanət hesabı var”.

Buna da bax:​ «Bank Standard»a dövlət əl qoydu

R. Aslanlı bu qərar görə, təəssüfləndiyini bildirib:

“Biz təəssüf edirik ki, 1995-ci ildən fəaliyyət göstərən, maliyyə bazarlarına yeniliklər gətirən bir bank maliyyə bazarlarını tərk edir. Ancaq bu qərarı verməli idik. Hökumətin də səylərinə baxmayaraq bankın dayanıqlığını təmin edə bilmədik. Bankın ləğvetmə prosesi zamanı “Standart Sığorta” ilə münasibətlərinə aydınlıq gətiriləcək. Biz sığorta şirkətlərinin aidiyyatı banklarda saxladığı pulu onun kapitalı kimi nəzərə almırıq. Bankın bağlanması sığorta şirkətinin bağlanması demək deyil. Amma bu onun da fəaliyyətinə təsir edəcək”.

Qərara, hələlik, “Bank Standart” rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ İki bank müflis elan edildi

Bu il buna qədər 10 bankın lisenziyası ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası sonuncu dəfə iyulda «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-nin lisenziyasını ləğv etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG