Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bankdan 460 milyon manat kredit ayrılacaq. Kredit dövlət zəmanəti ilə veriləcək.

Sözügedən məsələ oktyabrın 4-də Maliyyə Nazirliyinin növbədənkənar kollegiya toplantısında müzakirə olunub. Bu haqda AZƏRTAC xəbər verir.

Nazirlikdən bildiriblər ki, toplantıda əsas müzakirə mövzusu 460 milyonluq kredit və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciəti olub.

Buna da bax:​ 'Bank Standard'ın lisenziyası ləğv edildi

Toplantıda Mərkəzi Bankın müraciətinin “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olduğu bildirilib. Bəyan edilib ki, Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi “Bank Standard” kommersiya bankının qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə bağlıdır.

Kollegiya 460 milyon manatlıq kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi barədə qərar qəbul edib. Faiz açıqlanmayıb.

Nazirlik bildirir ki, qərar verilərkən, əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə, bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası sentyabrın 30-da “Bank Standard”ın lisenziyasını ləğv edib.

Buna da bax:​ Batan bankla və bankirlə borc da batır?

Palatanın rəhbəri R. Aslanlı lisenziyanın ləğvini belə əsaslandırmışdı:

“Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib”.

2016-ci ildə Azərbaycanda bütünlükdə 11 bankın lisenziyası ləğv edilib.

Palatadan verilən məlumata görə “Bank Standard”ın cəmi 520 milyon manat cəlb olunmuş əmanəti var. Bunun 460 milyon manatı qorunan əmanətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG