Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:08

Bank-sığorta sektorunda 112 şirkət bağlanıb


Foto illüstrasiya
Foto illüstrasiya

Neftin dünya bazarında dəyər itirməsi onun yüksək qiymətləri fonunda yaxşı qazanc götürən maliyyə sektorunun vəziyyətinə pis təsir edib. Dövlət Statistika Komitəsinin bilgilərinə görə, bu ilin 9 ayında bağlanan hər 6 şirkətdən biri bank-sığorta sektoruna aid olub.

AZI 2700 MALİYYƏÇİ İŞSİZ QALIB

Maliyyə xidmətləri bazarında fəaliyyət göstərən şirkətlərin bağlanması, azı, 2700 nəfərin işsiz qalması ilə nəticələnib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında demişdi ki, vaxtilə banklarda və valyuta dəyişmə məntəqəsində çalışmış 2700 şəxs məşğuluq mərkəzlərinə müraciət edib.

DSK-nın Statistik Vahidlərin Reyestrinə görə, bu ilin əvvəlindən bu yana maliyyə sektorunda 70 yeni şirkət qeydiyyatdan keçib. Oktyabrın 1-nə maliyyə xidmətləri bazarında işləyən şirkətlərin sayı 1545-ə çatıb.

CƏMİ 65 XARİCİ ŞİRKƏT QAPANIB

Ümumiyyətlə, 2016-cı ildə Azərbaycanda 738 müəssisə və təşkilat bağlanıb. Onların 325-i regionların payına düşür. Bunların 100-nü dövlət yaratmışdı.

Bu dövrdə həm də 60 xarici sərmayəli və 5 birgə müəssisə bağlanıb.

Ləğv olunan şirkətlərin 213-ü ticarət və nəqliyyat vasitələrinin təmiri, 25-i kənd təsərrüfatı, 33-ü emal sənayesində fəaliyyət göstərib. İlin əvvəlindən 36 tikinti şirkəti qapısını birdəfəlik bağlayıb.

8 MİN XARİCİ SƏRMAYƏLİ ŞİRKƏT VAR

Oktyabrın əvvəlinə Azərbaycanda hüquqi şəxs statusu almış 105 min 600 müəssisə və təşkilatın 91 min 417-si mənfəət götürmək məqsədilə yaradılıb. Yerdə qalan qurumların 1701-i bələdiyyələr və bələdiyyə mülkiyyətində olan müəssisələrdir. Dini qurumlar, qeyri-hökumət təşkilatları da bu sıradadır. Qalan təşkilatlar dövlət idarəetməsi, təhsil, səhiyyə, elm, sosial və müdafiə sahələrinə aiddir.

Şirkətlərin 8 mini xarici sərmayəlidir. Bu il 380 tam xarici sərmayəli şirkət qurulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG