Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

-

İqtisadçılar İngiltərə Bankının uçot dərəcəsini azaltmaqdansa, pulları birbaşa əhaliyə verməyin daha düzgün siyasət olduğunu vurğulayırlar.

Pulu birbaşa əhaliyə vermək, - deyəndə ya əhalinin pul gəlirlərini artırmaq ya da şirkətlərin vergilərini azaltmaq nəzərdə tutulur. Əhali də artan pul gəlirlərini bazarda xərcləyəcək ki, bu da iqtisadi tələbi təmin edəcək.

Bu fikirlər 35 ingilis iqtisadçısının The Guardian qəzetinin redaksiyasına göndərdiyi məktubunda qeyd edib.

Ekspertlər həmçinin infrastruktur layihələrə və ya vergi güzəştləri üçün pul çap etməyi tövsiyə edirlər.

Onlar belə hesab edirlər ki, təklif olunan variantların hər biri ölkənin iqtisadiyyatını ancaq yaxşılığa doğru dəyişəcək.

İngiltərə Bankının pul siyasəti üzrə komitəsi 4 avqust tarixində iclas keçirib və faizləri aşağı salıb.Uçot dərəcəsi 0,25% olub. Bu da Guardian-ın yazdığı kimi Bankın 322 illik tarixində ən aşağı faizdir. Həmçinin, 3 iyun tarixində keçirilən referendumun nəticəsi olaraq İngiltərə vətəndaşlarının Avropa Birliyini tərk etməsi qərarından yaranan iqtisadi şoku da qarşılayacaq tədbirlər qəbul ediləcək.

Buna da bax: Banklarda dollar qıtlığı

Brexit-dən AB iqtisadiyyatının parçalanma riski nə ilə bağlıdır?

İngiltərə Bankının atacağı adadımlardan biri QE (əlavə pul çapı) proqramını davam edərək maliyyə bazarlarında dövlət istiqrazlarını almaqdır. Mərkəzi Bankın infrastruktur layihələrini maliyyələşdirməsi də istisna olunmur.

İqtisadçılar məktubda onu da qeyd edirlər ki, 2009-cu ildən nizamlayıcılar tərəfindən keçirilən “ucuz pul” siyasəti gözlənilən effekti vermədi. Bu səbəbdən bu siyasəti davam etmək də lüzumsuz hesab edilir.

AB statusu ilə bağlı referendum Britaniyada 23 iyun tarixində keçilimişdi.

Brexit (Avropa Birliyindən çıxmaq) tərəfdarları 51,9 faiz səslə qalib gəldilər. Bir sıra maliyyə icmaları Brexit-dən sonra Birləşmiş Krallığın maliyyə çətinliklərlə üzləşəcəyini öncədən demişdilər. Onlar ölkədə artım tempinin azalacağını və ölkənin iqtisadi durumunun pisləşəcəyini bildirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG