Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:29

İki bank müflis elan edildi



1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 16-da iki kommersiya bankını müflis elan etdiyi bildirilir.

Müflis olan bankların “Qafqaz İnkişaf Bankı” və “Atrabank” olduqları açıqlanıb.

Bu haqda Əmanətlərin Sığortalanması Fondunun saytı xəbər verir.

Xəbərdə bildirilir ki, məhkəmə qərarı verilən tarixdən etibarən fond hər iki bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bunlara da baxın:



Bu ilin yanvarından ölkədə 10 bankın lisenziyası ləğv edilib.

Bundan öncə lisenziyası alınan banklardan daha bir neçəsi müflüs élan edilmişdi.

Mərkəzi Bank “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank”ASC-nin lisenziyasını bu il yanvarın 27-də ləğv etmişdi.

Onda Mərkəzi Bankın qəararında qeyd edilirdi ki, kreditorlar qarşısında götürlən öhdəliklər yerinə yetirilmədiyi və fəaliyyətini etibarlı qaydada qura bilmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG