Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:17

«Bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2 min 700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib».

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin deməsinə görə, son dövrdə bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb: «Həmin insanlar işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub. Son səkkiz ayın məlumatına görə isə, banklarda orta aylıq əməkhaqqı çox yüksək, təxminən 1252 manatdır. Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Buna görə də bu il bu məqsədlə ayrılan 15 milyon manat kifayət etmir».

S.Müslümov bildirib ki, bundan ötrü işsizlikdən sığorta sistemi ortada olmalı və hər kəs öz iş yerində sığortalanmalıdır.

Bu il Azərbaycanda 11 bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəlikləri yerinə yetirə bilməməsi ilə izah edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG