Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

►Lisenziyası geri alınan bankların törəmə şirkətlərinin taleyi

“Bank ovu” sürdükcə, bu bankların qurduğu bir çox şirkətin də taleyi suallı qalır və bilinmir ki, o şirkətlər fəaliyyətini davam etdirəcək, ya yox.

İndiyədək Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən kommersiya banklarından ikisinin 3 işlək törəmə şirkəti var.

“Qafqaz İnkişaf Bankı” ASC-nin 2013-cü ildən Gürcüstanda 100 faiz təsisçisi olduğu “Qafqaz İnkişaf Bankı - Gürcüstan” bankı fəaliyyət göstətir. Ötən il sentyabrın sonunadək buradakı bank onun kapitalına 20,3 milyon gürcü larisi (indi 1 lari – təxminən 64-65 qəpikdir) yatırmışdı.

Fevralın 2-də lisenziyası geri çağrılan “Texnikabank” ASC isə sığorta sektoru və fond bazarında fəaliyyət göstərən iki şirkətə sahibdir.

Buna da bax: İlham Əliyev Dubaya niyə gedib?

Hər şey səhmdarların qərarından asılıdır Mətbuata açıqlamasında “Alfa Sığorta” ASC-nin və “Kapital Menecment investisiya Şirkəti” ASC-nin rəhbərləri deyiblər ki, “Texnikabank”ın lisenziyasını geri alınması bu şirkətlərin fəaliyyətinə təsir göstərməyib. Amma hər şey səhmdarların qərarına bağlıdır.

Hüquqşünaslar bildirirlər ki, ana şirkətin bank lisenziyasının ləğvi onun iştirakı ilə yaradılmış şirkətlərin qısa bir zamanda bağlanacağı anlamına gəlməli deyil. Hətta ola bilər ki, şirkətlər ümumiyyətlə bağlanmasın və yeni sahiblərini tapandan sonra da işləməyə davam etsin.

Vəkil İradə Cavadova Azadlıq Radiosuna deyib ki, Gürcüstandakı banka həmin ölkənin maliyyə nəzarət orqanı lisenziya verib və bu səbəbdən Bakıdakı bankın lisenziyasının ləğvinin törəmə bankın xidmət göstərməsinə təsiri yoxdur.

Hüquqşünas Xalid Bağırovun fikrincə, qurucu bank ləğv olunacaqsa, törəmə şirkətin sahibliyindəki payın taleyini də ləğvetmə komissiyası həll edəcək. Yəni, burada bankın bağlanması hələ Tbilisidəki bankın da bağlanacağı anlamına gəlmir.

Buna da bax: “Moskva” univermağında qızılsatanlar işi dayandırdı

Başqa bir hüquqşünas - Əkrəm Həsənov qənaətincə, çox şey ondan asılıdır ki, bank lisenziyası ləğv olunmuş hüquqi şəxsin öz öhdəliyini yerinə yetirməyə yetərli aktivi var, ya yox:

“Bankın borcları ödənilərkən onun əmlakı, o cümlədən şirkətlərdəki hissə payları da satışa çıxarılacaq. Bu payları alacaq şəxslər, yəni yeni səhmdarlar növbəti qərarları verməkdə sərbəst olacaqlar”.

Hüquqşünaslar bunu da deyirlər ki, lisenziyadan məhrum edilmiş bank sonunda hüquqi şəxs kimi də ömünü başa vurmalıdır. Axı, qanuna əsasən, firma adındakı “bank” sözündən yalnız bu sahədə xidmət göstərən şirkətlər yararlana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG