Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:00

►Bankdan AzadlıqRadiosuna bildiriblər ki, valyuta alışı və satışında heç bir məhdudiyyət yoxdur

Yanvarın 15-də AzərTürk Bankdan başqa banklar dollar və avro satmayıblar. Valyuta almaq istəyənlər səhər tezdən AzərTürkBank və onun filiallarının qarşısında növbə tutublar.

Bank nümayəndəsi valyuta almaq istəyənlərə nömrə verir. Bir gün ərzində 500 nömrə verilir. Bankda bir nəfərə gün ərzində 500 dollar və avro satılır.

AzərTürk Bankda 1 ABŞ dollarını 1,632 manatdan satırlar. Alış isə 1,6 manatdır.

Bankdan AzadlıqRadiosuna bildiriblər ki, valyuta alışı və satışında heç bir məhdudiyyət yoxdur.

Yanvarın 14-də də AzərTürk Bankın və filiallarının qarşısında izdiham olub.

Mərkəzi Bank ABŞ dollarının yanvarın 15-ə rəsmi məzənnəsini 1,5706 manat müəyyən edib.

Başqa banklarda dollar və avro ya satılmır, ya da yalnız daimi müştərilərə verilir.

Mərkəzi Bank banklara 300 milyon dollar satıb

Yanvarın 15-də Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə 300 milyon dollar banklara satılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasında deyilir ki, bu gün ARDNF tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon ABŞ dolları, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 35 banka satılıb.

Dövlət Neft Fondu artıq ikinci dəfədir ki, hər dəfə 200 milyon dollar olmaqla hərraca vəsait çıxarır. İl ərzində ARDNF hərraclar yoluyla valyuta satışını davam etdirəcəyi bildirilir.

Bu arada Bakıdakı dəmiryolu vağzalında və S.Vurğun bağı ətrafındakı “qara bazar” da canlanma var. “Qara bazar”da 1 ABŞ dolları 1.62 manata alınır, 1.85 – 1.90 manata satılır.

Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara bütün mübadilə məntəqələrini bağlamaq barədə göstəriş verib. Səbəb kimi bankların filial şəbəkəsinin çox geniş olması göstərilir.

Mərkəzi Bankın məlumatına görə, hazırda ölkədə 43 bankın 914 filial və şöbəsi var. Onların 458-i regionlardadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG