Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:04

-

«Baltika-Bakı» şirkəti avqustun 15-dən istehsalı müvəqqəti dayandıracaq.

DEVALVASİYA «BALTİKA-BAKI»NI DA VURUB

Şirkətdən yayılan açıqlamaya görə, Azərbaycanda pivə bazarında ağır vəziyyət yaranıb. 2015-ci ildə bazarın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Bu ilin ilk rübü ərzində azalma daha da artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma 35 faizə çatıb. Şirkət bu tendensiyanın davam etdiyini bildirir.

75 min istifadəçi Youtube Kanalımıza abunədir. Hər gün yeni videolardan xəbəri olur - Sən də abunə ol və videoları izlə

Açıqlamada qeyd edilir ki, bu, ilk növbədə ölkədə yaranmış makroiqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır. Şirkətin açıqlamasına görə, bu, əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib.

SUYUN QİYMƏTİNİN QALXMASI VƏ YENİ QANUNUN QÜVVƏYƏ MİNMƏSİ...

Şirkət bildirir ki, belə vəziyyətin yaranmasında bu ilin ikinci rübündə suyun tariflərinin artmasının da təsiri olub. «Bu isə yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq. Eyni zamanda, sentyabrın 1-dən aksiz markası vurulan malların nağd şəkildə satışını qadağan edən və əvvəlcədən ödəmə tələb edilən qanun qüvvəyə minir. Bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca çətinləşdirir. Qanuna tabe və dövlətin «vergi partnyoru» statusuna malik olan «Baltika-Bakı» hökumətin hesablaşmalar, məhsul dövriyyəsinin şəffaflığını artırmaq səylərini dəstəkləyir. Lakin indiki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına olduqca neqativ təsir göstərəcək. Xüsusilə də, pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq», - açıqlamada deyilir.

İŞÇİLƏR BOŞ OTURACAQLAR...

Şirkət bildirir ki, avqustun 15-dən «Baltika-Bakı» zavodunda anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması haqqında qərar verilib. Əməkdaşların boşdayanma rejiminə keçirildiyi qeyd edilir.

Açıqlamaya görə, bu addım şirkətin istehsalat xərclərini azaltmağa və 2016-cı ilin nəticələrinə əsasən onun Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək.

Şirkət qeyd edir ki, bununla da kütləvi ixtisarlardan yayınmaq mümkün olacaq.

Azərbaycanda pivə bazarının 75 faizi «Baltika-Bakı»nın payına düşür. «Baltika-Bakı» pivə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km aralıda yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi (distributor, agentlik, icraçı) çalışır. «Baltika-Bakı» şirkəti ildə dövlət büdcəsinə 20 mln. manat ödədiyini bildirir. Zavodun inkişafına isə ümumilikdə 47 mln. manat investisiya qoyulduğu qeyd edilir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG