Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

►Bu qədər balığın rəsmi qurumların gözündən yayınaraq bazarlara necə yol tapdığı sual doğurmaya bilməz.

Qanunsuz balıq ovunun qarşısını almaq və bu sahəyə nəzarəti daha da gücləndirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Xüsusi Komissiya yaradılıb.

Nazirliyin məlumatında deyilir ki, yeni yaradılmış komissiyanın tərkibinə nazirliyin müvafiq qurumlarının əməkdaşlarından savayı ictimaiyyət nümayəndələrinin, o cümlədən QHT təmsilçilərinin və həvəskar balıq ovçularının qatılması qərara alınıb.

Nazirlik şəffaflığın və obyektivliyin təmin edilməsi üçün balıq ovu ilə məşğul olan şəxsləri komissiyanın aparacağı yoxlamalarda iştirak etməyə dəvət edib.

Bunun üçün könüllülər ETSN-in 168 saylı Qaynar xəttinə, həmçinin Ətraf Mühitin Mühafizəsi Departamentinə (012-537-21-86) müraciət edə bilərlər.

Bu ilin 9 ayı ərzində su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq 20 nəfər məsuliyyətə cəlb olunub.

Qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı 37 cinayət işi başlanılıb. Qanunsuz balıq ovladığına və ya balıq ovu qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilən qanun pozucularına qarşı balıq ehtiyatlarına vurduğu ziyana görə 41,5 min manat məbləğində iddia qaldırılıb (report.az).

Buna da bax: Moskvada Türkiyə səfirliyinə hücum- [Video]

Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentindən AzadlıqRadiosuna deyiblər ki, bu ilin 9 ayı ərzində kvota üzrə balıq ovlanması üçün 10 şirkətə və 146 fiziki şəxsə icazə verilib. Ayrılmış kvotanın (676,7 ton) 432 tonundan istifadə olunub. Bu, ölkədə qida üçün istifadə edilən balığın cüzi bir hissəsidir.

Brakonyerlərin 48 768 ton balıq ovladığı hesablanıb. Bu qədər balığın rəsmi qurumların gözündən yayınaraq bazarlara, balıq dükanlarına, kafe və restoranlara necə yol tapdığı sual doğurmaya bilməz.

2014-cü ildə ovlanmış 50 min ton balığın 1299 tonu rəsmi qeydiyyatda olan və ETSN-in icazə verdiyi qaydada ov aparan şirkət və fərdi balıqçıların payına düşür. Brakonyerlərin 48 768 ton balıq ovladığı hesablanıb. Bu qədər balığın rəsmi qurumların gözündən yayınaraq bazarlara, balıq dükanlarına, kafe və restoranlara necə yol tapdığı sual doğurmaya bilməz.

Gəzən söhbətlərə görə, ölkədə balıq biznesində yüksək səviyyədə himayə olunan “Caspian fish Co.Azerbaijan” MMC inhisarçılıq edir. Ölkəyə gətirilən balığın da əsas hissəsinə bu şirkət nəzarət edir. Hər halda, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi yalnız bu şirkətə balıq idxalı üçün uyğunluq sertifikatı verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlinə balıqçılıq şirkətlərinin sərəncamında balıq ovu ilə məşğul olan 7 ədəd göyərtəli gəmi və 746-sı mühərrikli okmaqla 844 qayıq var. Balıqçıların ixtiyarında rəsmən 41 tələ quruluşlu ov aləti və 1160 qurma tor var.

Balıqçılıq bir çox bölgələrdə (Xaçmaz, Lənkran-Astara, Bilgəh-Nardaran, Salyan-Neftçala) əsas dolanışıq mənbələrindən biridir. Balıqçılar dənizdə balığın azaldığından şikayətçidirlər. Buna görə də bəzi hallarda dənizin daha içərilərinə qayıq sürməklə həyatlarını təhlükə altında qoyurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG