Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

«Rayonun özündə dirəklər yenilənib, bununla belə, küləyə davamlı çıxmadı. Kəndlərdə də sovet vaxtından qalanlardır. Bir az yel əsən kimi işıqsız qalırıq».

Balakən sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə iyulun 22-də başlanan güclü küləyin yaratdığı fəsadlardan danışırlar.

TÜLÜDƏ KÖHNƏ DİRƏKLƏR AŞIB

Rayon sakini Namizəd Əsgərov deyir, külək kəndlərə daha çox zərər vurub. İşıq dirəkləri aşıb. Nəticədə bir çox kəndlər işıqsız qalıb: «Tülüdə ağaclar qırılıb, işıq dirəklərinin üstünə aşıb, ancaq elə dirəklər də köhnədir. Külək çürük dirəkləri aşırıb. Rayonun xeyli hissəsi işıqsız qalıb. Kəndlərin çoxunda vəziyyət belədir. Balakənin işıq idarəsinə kəndlərdən indiyədək dəfələrlə müraciətlər olub ki, işıq dirəkləri dəyişdirilsin».

Qabaqçöl qəsəbəsinin sakini Əşrəf İsmayılovun evinin örtüyünü külək aparıb: «Səhər icra hakimiyyətinə getmişəm, deyiblər, «get bələdiyyəyə müraciət elə». Hələ ki, bələdiyyədən gəlib maraqlanan yoxdur».

DAM ÖRTÜKLƏRİ «UÇUB»

Əşrəf İsmayılovun deməsinə görə, Tülüdən başqa, daha bir neçə kənddə evlərin və inzibati binaların dam örtükləri «uçub».

Sakin deyir, rayonun inzibati orqanları və bələdiyyəsi təbii hadisələrin yaratdığı fəsadların yerindəcə aradan qaldırılmasına heç vaxt hazırlıqlı olmur.

Rayon mərkəzində yaşayan İsmayıl Əsədovun da yaşadığı evin dam örtüyünün bir hissəsi «yoxa çıxıb»: «İcra hakimiyyətinin yaxınlığında yaşayırıq. İki dəfə xəbər vermişik, hələ gəlib maraqlanan olmayıb. Gözləyirik».

FƏSADLAR ARADAN QALDIRILIR

Balakənin icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qəfil başlayan güclü küləyin fəsadları aradan qaldırılır: «Nümayəndələrimiz dəymiş zərərləri müəyyənləşdirir. İşıqla bağlı fasilələr vardı, o da çox yerdə aradan qaldırılıb».

Buna da bax- Zaqatalada əsən güclü külək fəsadlar törədib

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG