Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

Balakəndə silahlı əməliyyat


Polis
Polis

Balakən rayonunda polis əməkdaşları narkotik vasitələrin alqı-satqısında iştirak etdiyi güman olunan vətəndaşın avtomobilinə atəş açıblar.

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı xəbər verir.

Xəbərdə bildirilir ki, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı iyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində Akin Şabanov soyadlı şəxsin 315 qram marixuana satarkən tutulduğu bildirilir

Məlumatda qeyd edilir ki, ertəsi gün A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədovun saxlanmasından ötrü əməliyyat keçirilib. Onun idarə etdiyi «Nissan» markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərdiyi iddia olunur. Bu zaman polis əməkdaşlarının xidməti silah ilə K.Məmmədovun idarə etdiyi avtomobilin təkərinə atəş açdıqları bildirilir.

DİN K.Məmmədovun tutulduğunu, onun avtomobilindən 522 qram marixuana və elektron tərəzi tapıldığını qeyd edir.

Əməliyyat zamanı həmçinin, rayon sakini Mətləb Yusifovun yaşadığı evdən 8.42 qram marixuana aşkar edildiyi bildirilir.

Ancaq, hələlik, narkotikdə ittiham edilən bu şəxslərin və ya onların vəkillərinin açıqlamaya münasibətini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG