Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Oktyabrın 15-də AMAY ticarət mərkəzinin ikinci mərtəbəsində Kənd Təsərrüfatı Nazirliyinin (KTN) dəstəyi ilə arıçılıq məhsullarının sərgi-yarmarkası keçiriləcək.

Son iki ildə olduğu kimi, qiymətlərin sərbəst olacağı bildirilir.

“Sərgidə 400-dək arıçı iştirak edəcək. Qeydiyyata alınan 270-dən artıq iştirakçı sərgidə 100 ton bal və arıçılıq məhsulları satmağı planlaşdırır”, deyə KTN Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib.

Buna da bax:​ "Yarmarkada məhsulu ucuz satmırlar, ucuzunu satırlar"- [Fotolar]

Bu il cənub və mərkəzi rayonlarda arıçılıqda məhsuldarlıq azalıb. Buna səbəb yazda (leysan) və yaydakı (quraqlıq) əlverişsiz hava şəraiti göstərilir. Ona görə balın ucuzlaşmayacağı, ən yaxşı halda ötən ilki qiymətə – 1 kq-ı 20 manata satılacağı təxmin edilir.

Arıçılıq məhsullarının sərgisi noyabrın 15-də başa çatacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci illə müqayisədə 2015-ci ildə arı ailələrinin sayı iki dəfə artaraq 251 minə çatıb.

2015-ci ildə 2,6 min ton bal istehsal edilib. Bu, 2014-cü ildəkindən 200 ton çoxdur və 1913-cü ildən bu yana ən yüksək göstəricidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG